Gözləyin...

Kredit kartı Kredit kartı

MasterCard Standart
Kredit limiti 500 - 100 000 AZN
Kartın qiyməti: 1 il AZN
Yenilənib 24.06.2022

Məhsulun təsviri

Günay Bank” öz müştərilərinin plastik kartlarına kredit xətləri aça bilər. Kredit kartları ölkədə son bir neçə il ərzində populyarlaşıb. Orta və daha böyük əmək haqqı alan müştərilərə hər hansı konkret zamanda vəsait lazım ola bilər. Bununla əlaqədar olaraq, onlar “Günay Bank”a müraciət edərək plastik kartlarda kredit xəttinin açılmasını xahiş edə bilərlər.

“MasterCard” brendli kredit kartları onların istifadəçilərinə rahat, tez və təhlükəsiz şəkildə ödənişlərin aparılması və dünyanın istənilən ölkəsində müvafiq əməliyyatların aparılması imkanını yaradır. “MasterCard” kartları 170-dən çox ölkədə qəbul olunur. Bununla yanaşı “MasterCard” kartları İnternet şəbəkəsində aktiv qəbul olunur. Kredit kartları əlavə xidmətlərdən faydalanmaq üçün imkan yaradır və bütün təhlükəsizlik tələblərinə cavab verir.

“Günay Bank”da kredit xəttinin açılması üçün əsas amil əmək haqqı sayılır. Bunun üçün müştəri işlədiyi şirkətdən əmək haqqı haqqında arayış təqdim etməlidir. Lazım olduqda zaminlərin arayışları da təqdim olunmalıdır.

Kredit xəttinin açılması üzrə müvafiq müqavilələr kart istifadəçisi və onun zaminləri ilə Bank arasında ayrı-ayrılıqda bağlanılır.
Eyni zamanda, müştəri tərəfindən qoyulan depozitin 80% miqdarında kredit xətti açıla bilər.

Verilmə müddəti

5 iş günü

Sığortalanma

Borcalanın həyat (fərdi qəza) sığortası

Müddət

12 ayadək

İllik faiz dərəcəsi

20–24%

Kreditin məbləği

500 – 100 000 azn

Təminat

Kreditin xəttinin məbləği 5 000 manata qədər olduqda 1 zamin,

5000 -10 000 manat – 2 zamin,

10 000 manatdan yuxarı olduqda təminat tələb olunur.

Ödəniş şərtləri

Əsas məbləğ müddətin sonunda, faizlər hər ay ödənməklə

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi

İş yerindən arayış və ya gəliri təsdiq edən digər sənədlər (depozit təminatlı istisna olmaqla)

İş stajı

Son iş yerində minimum 6 ay

Yaş həddi

22 - 62

Komissiya haqqı

Kartın satış dəyəri, Kredit məbləğinin 1%-i

Günay Bank haqqında ümumi informasiya

Lisenziya 23
Baş ofis Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Telefon 1546
Rəsmi sayt https://www.gunaybank.com
Sosial mediada    

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(
Müzakirə qrupuna keçil al