Debet kartı İlk Kart (Boy)
Məhsulun təsviri
k Kart – Bank Respublika-nın 7 - 18 yaşlı şəxslərə təqdim etdiyi VISA sisteminin plastik kartıdır. İlk Kart Azərbaycanda bu şəxslər üçün nəzərdə tutulan ilk kartdır və bu kartın adında əks olunub.
İlk Kart yetkinlik yaşına çatmamış şəxsin başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda da rahatdır, çünki pulun göndərilməsi asanlıqla həll olunur, belə ki valideynin kart hesabına pul yerləşdirməsi kifayət edir.
Sifarişçi İlk Kart ilə əməliyyatların məbləğinə gündəlik, həftəlik və / və ya aylıq limit təyin edə bilər.
İlk Kart yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və İlk Kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir.
İlk Kartın sifarişi və verilmə prosesi:
Sifarişçi şəxsiyyət vəsiqəsi və istifadəçinin (7 – 18 yaşlı şəxsin) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi ilə Banka müraciət edir;
Sifarişçi öz adına bank hesabı açır, bu hesaba ilkin mədaxil və sığorta depoziti (zəruri olduqda) yerləşdirir, öz adına əsas kartı və uşağın adına İlk Kart sifariş edir (İlk Kartın 2 fərqli dizayndan birini seçərək);
Ödəniş kartları Təlimatının 11.7 yarımbəndinə əsasən ( Yetkinlik yaşına çatmayan 7-18 (yeddi – on səkkiz) yaş arasında olan şəxslərə əlavə kart valideynləri və ya qanuni nümayəndələri tərəfindən verilə bilər.) . İlk Kart hesab üzrə buraxılan birinci əlavə kart olduqda da pulsuz verilir. Digər hallarda isə 5 manat buraxılış haqqı tutulur.
Müddət | 2 il |
Yaş həddi | 7-18 yaş |
Tələb olunan sənədlər | Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə |
Bank Respublika haqqında ümumi informasiya
Lisenziya | 83 |
Baş ofis | Bakı şəhəri, Xaqani 21 |
Telefon | 144 |
Rəsmi sayt | https://bankrespublika.az/ |
Sosial mediada |