Gözləyin...

Amrah Sığorta

Amrah Sığorta haqqında

Azərbaycan Sığorta Bazarında 2003-cü ildə fəaliyyətə başlamış Amrah Sığorta ASC yarandığı gündən stabil və dinamik inkişaf yolunda uğurla irəliləyən sığorta şirkətidir. Cəmiyyətin daxili siyasəti bizə Sığorta Bazarında yüksək mövqelərdə öz yerini qoruyub saxlamağı və hər il müştəri sayını artırmaq imkanları yaradır.

Amrah Sığorta ASC öz dəyərli müştərilərinə qüsursuz və yüksək səviyyədə xidmət göstərməklə, onlara etibarlı maliyyə tərəfdaşı olmağı və onların inamını qazanmağı özünün əsas vəzifəsi hesab edir. Müştərilərimizin bir çoxlarının bizim sığorta xidmətlərindən təkrarən istifadə etməsi, bizim peşəkarlıq keyfiyyətimizin müştəri gözləntisindən daha artıq olmasına sövq edir.

Öhdəliklərin yerinə yetirilməsinin əsas şərtlərindən biri nizamnamə kapitalının davamlı artımıdır. Bu baxımdan Amrah Sığorta ASC-nin nizamnamə kapitalı 2007-ci ildə 700 min manat, 2008-ci ildə 1 milyon manat, 2012-ci ildə isə 4,5 milyon manata qədər artırılmışdır. 2013-cü ildə nizamnamə kapitalı 5 milyon manata çatdırılmışdır. Nizamnamə kapitalının yüksək artımı səhmdarlar tərəfindən cəmiyyətə olan böyük dəstəyin və müştərilərin böyük etibarının göstəricisidir.

Belə bir yanaşma tərzinin nəticəsi olaraq, 2008-ci ildə Maliyyə Nazirliyi tərəfindən Amrah Sığorta ASC keyfiyyətli və düzgün iş prinsiplərini davam etdirmək üçün ona sığorta fəaliyyəti üçün müddətsiz lisenziya təqdim olunmuşdur.

Cəmiyyət öz müştərilərinin maliyyə maraqlarını təmin etmək üçün hazırda 22 könüllü sığorta növləri ilə məşğul olma lisenziyasına malikdir. Biz fərdi və korporativ müştərilərimizə nəqliyyat, əmlak, yük, səyahət, fərdi qəza, tibbi sığorta və s. sığorta növləri üzrə xidmətlərimizi təklif edirik.

Amrah Sığorta ASC daim yeni sığorta məhsullarının hazırlanması, onların inkişaf və təşviqini, eyni zamanda xidmətlərin həcminin və keyfiyyətinin artırılmasını özünün prioritet məqsədi hesab edir.

Yaxın prespektivdə Amrah Sığorta ASC strateji plana uyğun olaraq paytaxt və regionlarda öz filial və nümayəndəliklərinin sayını artırmaqla öz müştərilərinə daha yaxın olmağı planlaşdırır.

Sığorta şirkəti haqqında ümumi məlumat

Lisenziya 042487
Baş ofis Nəsimi r-nu, 28 MAY küçəsi, 717-ci məh. Bakı, Azərbaycan, AZ1010.
Telefon +994125983119
Rəsmi sayt http://amrahsigorta.az
Sosial mediada  
Mobil proqram
0.0
0 rəy
Rəy yoxdur :(

Mərkəzi Bank məzənnəsi

USD EUR RUR
1.7000 1.8572 0.0221

Rəy bildir

Bu xidmətdən istifadə sizin üçün faydalı oldu?

Qiymətə görə rəylərin reytinqi

5
4
3
2
1