Gözləyin...

“AİKZF vəsaiti hesabına güzəştli “MİDA” ipoteka kreditləri”

Faiz dərəcəsi: 4 %
Kredit məbləği: 100 000 AZN
Kreditin müddəti: 3 - 30 il
Начальный взнос: 10%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.
Kreditin məbləği 100000 AZN dək
Kreditin müddəti 3 - 30 il
Məbləğ

100 000 AZN-dək

Müddət

3 - 30 il

Faiz

illik 4%

İlkin ödəniş

min.10%

Tələb olunan sənədlər

Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti. Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi; Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd. Borcalanın əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. Borcalanın gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.) Borcalanın DSMF sosial kartının özü və surəti İpoteka predmetinin qiymətləndirmə aktının əsli

Kimlər müraciət edə bilərlər

Gənc ailə üzvləri -Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Yaşından və ailə vəziyyətindən aslı olmayaraq digər şəxslər

. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

  1. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  2. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

  3. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

  4. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Bank BTB haqqında ümumi informasiya

Lisenziya 254
Baş ofis Bakı şəh., Xətai rayonu, Y. Səfərov küç., 27
Telefon 946, (994 12) 946, (994 12) 499 79 95
Rəsmi sayt https://btb.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(