Gözləyin...

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli (MİDA) ipoteka kreditləri

Faiz dərəcəsi: 4 %
Kredit məbləği: 100 000 AZN
Kreditin müddəti: 3 - 30 il
Начальный взнос: 10%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.
Kreditin məbləği 100000 AZN dək
Kreditin müddəti 3 - 30 il
Borcalanın yaşı 65 dək
Məbləğ

100 000 AZN-dək

Müddət

3 - 30 il

Faiz

4%

İlkin ödəniş

10%-dən başlayaraq

Tələb olunan sənədlər

Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.Borcalanın (borcalanların) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir).Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.). İpoteka predmetinin qiymətləndirmə aktının əsli.

Ailə üzvlərindən tələb olunan sənədlər

Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi, Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti, Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı (ASAN xidmətdən).

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti), Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış,

Kimlər müraciət edə bilərlər

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları); Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; Ən azı 3 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs. ( gənc ailə ), Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Yaşından və ailə vəziyyətindən aslı olmayaraq digər şəxslər

Şəhid ailəsinin üzvü (əri/arvadı), Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər (müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı), ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.

ABB haqqında ümumi informasiya

Lisenziya 2
Baş ofis Nizami küç. 67, AZ1005 Bakı, Azərbaycan
Telefon 937, (994 12) 937, (994 12) 493 00 91
Rəsmi sayt https://abb-bank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(