Gözləyin...

Digər gəlir mənbələri üzrə ipoteka

Faiz dərəcəsi: 6 %
Kredit məbləği: 20 000 - 250 000 AZN
Kreditin müddəti: 3 - 20 il
Начальный взнос: 30%
Yenilənib 13.02.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Digər gəlir mənbələri olan şəxslər ( icarədar, repetitorlar, ticarətçi, peşə sahibləri və s.) və VÖEN ödəyicisi olan və olmayan fərdi sahibkarlar üçün təqdim edilən daxili ipoteka krediti

Kreditin məbləği 20000 - 250000 AZN
Kreditin müddəti 3 - 20 il
Məbləğ

20 000 - 250 000 AZN Qeyd:Partnyor şirkətlərdə maksimal məbləğ 500 000 AZN-dək təşkil edir

Müddət

36- 240 ay

Faiz

3 il-dək:6%

5 il-dək:7%

10 il-dək:9%

15 il-dək:10%

20 il-dək:11%

Qeyd: Partnyor şirkətlərdə illik faiz dərəcələri fərqli ola bilər

İlkin ödəniş

30%-dən başlayaraq Qeyd:Birgəborcalanla kredit üçün müraciət edildikdə bütün hallarda ilkin ödəniş 30%-dən başlayır

Alınacaq çıxarışlı mənzil regionda yerləşdikdə və ya fərdi yaşayış evi (həyət evi), villa, bağ evi olduqda ilkin ödəniş 30%-dən başlayır

  • Çıxarışlı mənzillər üzrə təminat kimi əlavə daşınmaz əmlak təqdim edildikdə təminatın növündən və yerləşdiyi ərazidən asılı olaraq ilkin ödəniş 15%-dək azala bilər
Komissiya

Çıxarışlı mənzillər üzrə: Kreditə görə komissiya haqqı:0.5% Notarius hesabından məxaric:0.5%

  • Çıxarışsız mənzillər üzrə:Kreditə görə komissiya haqqı: 1%
İpoteka krediti ilə əldə oluna bilən yaşayış sahələri

Yeni tikili binalarda çıxarışlı və çıxarışsız mənzillər.

  • Çıxarışlı fərdi yaşayış və bağ evləri, villalar
  • Partnyor tikinti şirkətlərinə məxsus mənzillər, fərdi yaşayış evləri, bağ evləri və villalar
  • Köhnə tikili binalarda mənzillər:
    1. 1970-ci ildən əvvəl tikilən 9 və yuxarı mərtəbəli binalar
    2. 1970-ci ildən sonra tikilən müəyyən layihəli binalar
  • Xüsusi arxitektur layihəli binalardakı mənzillər
Tələb olunan sənədlər
  • Borcalanın (birgəborcalanın) şəxsiyyətini təsdiq edən sənədin surəti
  • Borcalanın (birgəborcalanın) (evli olduğu halda həyat yoldaşının da) doğum haqqında şəhadətnaməsinin surəti
  • Borcalan evli olduğu halda nikah şəhadətnaməsinin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)
  • Borcalan (birgəborcalan) subay olduğu halda subaylıq haqqında arayış - Forma 14 (VVADQ şöbəsi)
  • Borcalanın (birgəborcalanın) ailə tərkibi haqqında arayışı (ASAN Xidmət)
  • Borcalanın ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti
İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Alınan evin/mənzilin və ya banka təminat kimi qoyulan digər daşınmaz əmlakın çıxarış sənədinin surəti

  • Texniki pasportun surəti və ya Texniki pasport olmadığı halda, MKİS-dən mənzilin texniki planı

  • Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin surəti

  • Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum haqqında şəhadətnamələrinin surəti

  • Satıcı evli olduğu halda nikah şəhadətnaməsinin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)

  • Satıcı subay olduğu halda subaylıq haqqında arayış (VVADQ şöbəsi)

  • Forma 1 - Yaşayış sahəsinin qeydiyyata alınmış hüquqlar və yüklü (girovda) olmaması haqqında arayış (Notariat kontoru)

  • Forma 2 - qeydiyyatda olanların siyahısı (Notariat kontoru/ASAN Xidmət)

  • Daşınmaz əmlak üzrə qeydiyyatda olanların razılıq ərizələri və şəxsiyyət vəsiqəsinin surəti (Notariat kontoru)

  • Satıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (1 nüsxə) (Notariat kontoru)

  • Alıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (1 nüsxə) (Notariat kontoru)

  • Çıxarışın alınma tarixi 1 (bir) il ərzində olubsa köhnə alqı-satqı müqaviləsinin surəti (Köhnə çıxarış olduqda MTK/bələdiyyə).

  • Təminatın qiymətləndirmə aktı

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti

  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)
  • Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)
Borcalan əlavə olaraq rəsmi gəlirə malik olduqda təqdim olunmalı sənədlər

Borcalanın (birgəborcalanın) iş yerindən arayış və elektron arayış (hər bir iş yeri üzrə)

  • Borcalanın (birgəborcalanın) əmək müqaviləsi və ya əmək kitabçası (hər bir iş yeri üzrə)

  • Borcalanın (birgəborcalanın) əmək haqqı kartından çıxarış (son 12 ay) (hər bir iş yeri üzrə)

  • Təqaüd/Müavinət kartından 12 ay çıxarışı (Təqaüd/Müavinət gəliri olduqda)

  • Təqaüd/Müavinət barədə arayış (Təqaüd/Müavinət gəliri olduqda)

  • Borcalan Həyatın Yığım Sığortasına qoşulduğu təqdirdə Müqavilələrin surəti

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(