Gözləyin...

Dövlət ipotekası - adi

Faiz dərəcəsi: 7 %
Kredit məbləği: 150 000 AZN
Kreditin müddəti: 25 il dək
Начальный взнос: 15%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Təminatlı manat krediti ilə dollar və ya avro valyutasında sığorta depoziti yerləşdirməklə manatla nağd kredit əldə edə bilərsiniz. Kredit məbləği banka qoyulan depozitin 60%-i qədər olur.

Kreditin məbləği 150000 AZN dək
Kreditin müddəti 25 il dək
Kredit məbləği

150 000 AZN-dək

Faiz dərəcəsi

8%

Qeyd:Zəmanət verilmiş kreditlər üzrə illik faiz dərəcəsi 7% təşkil edir

İlkin ödəniş

15%-dən başlayaraq

Kreditin təminatı

Alınan ev və ya mənzil təminat qismində çıxış edir.

Tələb olunan sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti, Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək haqqı kartlarından bank çıxarışları və s.), Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir).

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin notarial təsdiqlənmiş surəti, Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnaməsinin surəti, Satıcı subay olduğu halda subaylıq haqda arayış (VVADQ şöbəsi), Satıcının nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş surəti (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə), Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd. (Notariat kontoru), Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış (Notariat kontoru/ASAN Xidmət), Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin notarial təsdiqlənmiş surəti, Borcalanın (borcalanların) evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (Notariat kontoru), İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun notarial təsdiqlənmiş surəti (tələb olunduqda), Qiymətləndirmə aktı, İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti, İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti), Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)

Ailə üzvlərindən tələb olunan sənədlər

Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnamələrinin surəti, Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış (ASAN Xidmət), Borcalanın subay olduğu halda subaylıq haqda arayışı (VVADQ şöbəsi), Borcalanın (borcalanların) nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş surəti (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə), Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(