Gözləyin...

MİDA – Güzəştli ipoteka krediti

Faiz dərəcəsi: 4 %
Kredit məbləği: 100 000 AZN
Kreditin müddəti: 3 - 30 il
Начальный взнос: 10%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti

Kreditin məbləği 100000 AZN dək
Kreditin müddəti 3 - 30 il
Borcalanın yaşı 65 dək
Məbləğ

100 000 AZN-dək

Müddət

3 il - 30 il

Faiz

4%

İlkin ödəniş

min. 10%

Tələb olunan sənədlər

Borcalanın (Borcalanların) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. Borcalanın (Borcalanların) əmək haqqı hesabından Bank çıxarışı (son 12 ay müddətini əhatə etməlidir). Borcalanın (Borcalanların) İş yerindən əmək haqqı haqqında arayış (arayışda staj, vəzifə və son 12 ay ərzində alınan əsas və əlavə gəlir göstərilməklə orta aylıq gəlir).

Ailə üzvlərindən tələb olunan sənədlər

Əgər borcalan (Borcalanlar) subaydırsa Forma 14 (VVAQ-dan subaylıq haqqında arayış 18 yaşından müddəti əhatə etməlidir) , boşanıbsa qətnamənin və nigahın pozulması haqqında şəhadətnamənin (notarial təsdiqli) surəti. Borcalan evlidirsə nigah haqqında şəhadətnaməsi notarial qaydada təsdiq edilmiş surəti. Borcalanın (Borcalanların) ailə tərkibi haqqında arayış (ASAN xidmət – birinci dərəcəli qohumların siyahısı). Ailə üzvlərinin (evlidirsə, həyat yoldaşının və övladların, subaydırsa birinci dərəcəli ailə üzvlərinin) şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri. Borcalanın (Borcalanların) Əmək kitabçasının surəti - kadrlar şöbəsi tərəfindən sənədin hər səhifəsində imza və möhür ilə təsdiq olunmalıdır. Borcalanın (Borcalanların) əmək müqaviləsi surəti -kadrlar şöbəsi tərəfindən sənədin hər səhifəsində imza və möhür ilə təsdiq olunmalıdır. Borcalanın (evlidirsə, əlavə olaraq həyat yoldaşının) doğum haqqında şəhadətnaməsinin surəti

Kimlər müraciət edə bilərlər

Gənc ailə üzvləri - şəhidin övladları Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları Azərbaycanın Milli Qəhrəmanının övladları məcburi köçkün və ya ona bərabər tutulan şəxs ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)

Yaşından və ailə vəziyyətindən aslı olmayaraq digər şəxslər

Şəhid ailəsinin üzvü (əri/arvadı) Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı) Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı) elmlər doktoru elmi dərəcəsi olan şəxs ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər (müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı) ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs

Paşa Bank haqqında ümumi informasiya

Lisenziya 250
Baş ofis Yusif Məmmədəliyev küç. 13 Bakı, AZ1005, Azərbaycan
Telefon *9123/(994 12) 496 50 00
Rəsmi sayt https://www.pashabank.az/
Sosial mediada    

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(