Gözləyin...

MİDA ipoteka krediti

Faiz dərəcəsi: 4 %
Kredit məbləği: 100 000 AZN
Kreditin müddəti: 30 il dək
Начальный взнос: 10%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına MİDA MMC tərəfindən və MİDA MMC ilə müqavilə bağlamış investorlar tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti

Kreditin məbləği 100000 AZN dək
Kreditin müddəti 30 il dək
Borcalanın yaşı 65 dək
Məbləğ

100 000 AZN-dək

Müddət

360 ayadək

Faiz

4%-dən

İlkin ödəniş

10%-dən başlayaraq

İpotekanın alınması üçün tələb olunan sənədlər

Borcalanın şəxsiyyətini təsdiq edən sənəd , Borcalan subay olduğu halda subaylıq haqda arayış (VVADQ şöbəsi)

  • Borcalanın gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış (staj göstərilməklə), əmək haqqı kartlarından bank çıxarışları və s.)

  • Borcalanın əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir)

  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)

  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)
  • Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az).
Kimlər müraciət edə bilərlər

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • şəhidin övladları;

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;

  • Azərbaycanın Milli Qəhrəmanının övladları;

  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;

  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Yaşından və ailə vəziyyətindən aslı olmayaraq digər şəxslər

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

şəhid ailəsinin üzvü (əri/arvadı).

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).

Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Ailə üzvlərindən tələb olunan sənədlər

Borcalanla birgə yaşayan bütün ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti

  • Borcalanın ailə tərkibi haqqında arayışı (ASAN Xidmət).Borcalanın və həyat yoldaşının doğum şəhadətnamələri surəti.Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(