Gözləyin...

5 Ən sərfəli pulsuz debet kart - ARAŞDIRMA

Məqalələr 16 May 2023

Məlumdur ki, debet kartlar pul kisəmizin ayrılmaz hissəsinə çevrilib. Buna səbəb  bu kartların banklar tərəfindən vətəndaşlara müəyyən güzəştlərlə təklif edilməsidir. Bu güzəştlərə isə bir çox misallar göstərilə bilər. Məsələn, kartların tamamilə pulsuz olması, ünvana çatdırılması, bu kartlar vasitəsilə bütün pul transferlərinin pulsuz olması, həmçinin, karta mədaxil, kartdan məxaricin ödənişsiz olması, kartlar vasitəsilə edilən alış-veriş zamanı kəşbək əldə edilməsi, kartda saxlanılan vəsaitə görə növbəti ayın sonunda faizin ödənilməsi və s. 

Banker.az  ölkənin ən sərfəli və pulsuz olan 5 debet kartını təqdim edir.

ABB - Tamkart 5 illik kart xidmətinin qiyməti  - Pulsuzdur. Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır.  TamKart Debet kartlarının debet hissəsi ilə ödəniş zamanı - 1% kəşbək qazanmaq imkanı var.. ABB mobile-da qeydiyyatdan keçən kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 manat maksimum 2500 manatadək olan hissəsinə hesablanır.

Azər Türk Bank – ATB Card  5  illik kart ödənişsizdir.  ATB debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur. Ödənişlər üzrə 3%-dək keşbek qazanmaq imkanı var. Qalığa faiz hesablanan maksimal məbləğ 35 000 manatdır.

Bank of Baku – Bolkart 1 , 2 , 3 il müddətinə təqdim olunur. Kartın qiyməti –Pulsuzdur. Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% KEŞBEK əldə edə bilərsiniz. 

Kapital Bank – Birbank Cashback debet kartları 3 il müddətinə  pulsuz verilir, hesab qalığına faiz hesablanması illik 6%-ə qədərdir. Faiz hesablanan minimal məbləğ isə 500 manatdır. Hesablanan məbləğ  hər ayın sonu hesaba köçürülür.

Unibank – Leokart 5 il müddətinə pulsuz verilir. Hesab qalığına faiz hesablanması 5%-dir.  Faiz hesablanan minimal məbləğ 10 manatdır. Hesablanan məbləğ hər ayın sonu hesaba köçürülür. Seçilmiş kateqoriyadan asılı olaraq, müştəri şəxsi vəsaitlərinin istifadəsi üçün 1%-dən 20%-ə qədər keşbek ala bilər.

Bu debet kartlarda ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır.