Gözləyin...

AccessBank müddətli depozit faizlərini yüksəldib

Bank məhsulları 19 September 2022

AccessBankda həm dollar, həm də yerli valyuta üzrə müddətli əmanət faizlərində dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bankda müddətli manat əmanətinin 12 aylıq faizləri aylıq ödənişdə 8.5%-dən 10.5%-ə, müddətin sonunda olan ödənişdə isə 9%-dən 11%-ə yüksəldilib.

Dollarda müddətli depozitlərdə isə 12 aylıq faizlər həm aylıq ödənişdə, həm də müddətin sonunda olan ödənişdə 2.5% olub. Əvvəl isə 12 aylıq faizlər aylıq ödənişdə 1.2%, müddətin sonunda olan ödənişdə 1.5% təşkil edirdi.

Bundan əlavə bank daha yüksək fazilərlə müddətli dollar depozitini təklif edir. Bu əmanətlərdə 12 aylıq faizlər aylıq ödənişdə 3.5%, müddətin sonundakı ödənişdə isə 4%-dir. Lakin bu faiz dərəcələri ilə açılan əmanətlər qorunan əmanət hesab olunmur və Əmanətlərin Sığortalanması Fondu  tərəfindən sığortalanmır.

Qeyd edək ki, banklarda fiziki şəxslərin xarici valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 2.5%-i keçmədiyi halda 100 min manatadək (hazırki məzənnə ilə $58.9 min) qorunur. “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, kompensasiyalar sığortalanmış əmanət üzrə əmanətin 100 (bir yüz) faizi həcmində, lakin 100 (bir yüz) min manatdan artıq olmamaq şərti ilə ödənilir.