Gözləyin...

Apteklərdə ən çox “kəşbək” verən bank bank kartları

Məqalələr 22 February 2024

Banker.azAzərbaycan banklarının  aptek “kəşbək”lərini təqdim edir.

ABB- «TamKart» debet kartı sahiblərinə digər sahələrlə yanaşı, apteklərdə kəşbək almağa imkan verir. Belə ki, “Faydalı kəşbək”də “Ailə başçısı” kateqoriyasını seçdikdə apteklər  üçün kəşbək 3% təşkil edir. Faydalı kəşbək üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız Faydalı kəşbəklər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək kəşbək məbləği 30 AZN-dir.

Azər Türk Bank -  « atb debet kart » apteklərdə alış-verişlərə görə 1% kəşbək verir. Ay ərzində qazanılan maksimum kəşbək məbləği isə 200 AZN təşkil edir. 

Bank of Baku - « Bolkart » dövriyyə tələbi olmadan  hər yerdə  3% kəşbək əldə edə bilərsiniz.  “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbək hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN kəşbək qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Kəşbək dərhal balansa oturur. Kateqoriya üzrə limit yoxdur.

Kapital Bank -  «Birbank Cashbak» Bütün ödənişlər'' kateqoriyası seçildiyi halda Birbank Cashback debet kartı ilə apteklərdə 1%-dən başlayan Cashback hesablanır. Fevralda ''Buta və Aloe aptekləri'' kateqoriyasını seçmisinizsə, həmin apteklərdə 4% Cashback qazana bilərsiniz. Birbank Cashback Debet kartı ilə ay ərzində qazana biləcəyiniz maksimal keşbek məbləği 100 AZN-dir.

Bank Respublika -  «NeoKart»  ilə alış-veriş zamanı  apteklərdə 2% kəşbək hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız kəşbək komponentinə aiddir. Kəşbək balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək kəşbək məbləğinə dəyişmək mümkündür. Qalıq bonusu isə silinmir və 2 il müddətində digər komponentlərə (Mil/Dəqiqə/Mobil internet) dəyişə bilərsiniz. Kateqoriya üzrə limit yoxdur. 

Paşa Bank«akart» kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün apteklərdə 2% keşbek hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq kəşbək 25 AZN təşkil edir. 

Rabitəbank - «Kartmane» debet  kartı apteklərdə  1% kəşbək hesablayır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz kəşbək məbləği – 30 AZN, maksimal aylıq kəşbək məbləği 200 AZN  təyin edilir.

XalqBank -«XalqKart  Cashback»  Bankın partnyor olmayan Ticarət-xidmət müəssisələrində XalqKart Cashback-dən istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 2%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN qazandırır. Aylıq minimal kəşbək məbləği: 3 AZN, Aylıq maksimal kəşbək məbləği: 300 AZN-dir.

Yelobank-  «Yelo Light» kartları da apteklər  üçün 0.5% kəşbək qazandırır. Seçilmiş iki kateqoriya üzrə aylıq kəşbək limit 100 AZN-dir.

Bankların iş saatları 27 March 2024