Gözləyin...

Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı 5% cashback

Bank məhsulları 16 March 2023

Dövlət bankı Azər Türk Bank Novruz bayramı günlərində müştərilərinə hədiyyə olaraq Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə kampaniyaya başlayır. 

Belə ki, 18 mart tarixindən etibarən marketlərdə, kulinariya, geyim, aksesuar mağazalarında, restoranlarda, eləcə də YDM və səhiyyə obyektlərində mobil cihazlar vasitəsilə təmassız ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 5% həcmində cashback hesablanacaqdır. 

Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsində müəyyən edilmişdir.

Kampaniyanın müddəti 30 mart daxil olmaqla həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.