Gözləyin...

Azər Türk Bankdan daha bir cashback kampaniyası

Bank məhsulları 24 November 2023

Dövlət bankı Azər Türk Bank “atb friday”  günlərində Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə növbəti kampaniyaya başlayır.

Belə ki, 24 noyabr tarixindən etibarən Bankın atb card debet və yeni nəsil əməkhaqqı kartı sahibləri geyim və aksessuar, elektronika mağazalarında, əyləncə mərkəzlərində Google Pay və Apple Pay vasitəsilə təmassız ödənişlər zamanı 5% həcmində cashback əldə edəcəklər.

Kampaniyanın müddəti 2023- cü il 6 dekabr daxil olmaqla həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.