Gözləyin...

“Bank BTB” KOS-lar üçün təklif etdiyi kreditlərin faizlərini endirib

Bank məhsulları 24 November 2022

“Bank BTB” ASC kiçik və orta sahibkarlığa (KOS) verdiyi kreditlərin illik faizlərini azaldıb.

Banker.az bankın kampaniyasına istinadən bildirir ki, illik faiz dərəcəsi 2 faiz bəndi azaldılıb.

Belə ki, KOS -lara verdiyi kreditin illik faiz dərəcəsini 15.99%-dən 13.99%ə qədər azaldıb. Söhbət faizin başlanğıc faizindən gedir.

Bu kredit 1 mln. manat ekvivalentinədək 3 aydan 36 ayadək verilə bilir.

“Kreditin məbləği kredit komitəsinin qərarına əsasən cari məbləğdən fərqli müəyyən edilə bilər”- deyə, kampaniyada deyilir.

“Bank BTB” ABŞ dollarında verilən kreditə isə 30 günlük güzəşt müddəti (grace period) təklif edir.