Gözləyin...

Bank sektorunun istehlak kreditləri portfeli 31% böyüyüb

Maliyyə 24 May 2022
Cari ilin 30 aprel tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının kredit portfeli 17 mlrd. 840.4 mln. manat təşkil edir. Bunun 10 mlrd. 328.3 mln. manatı və ya 57.9%-i biznes kreditlərinin, 4 mlrd. 940.6 mln. manatı və ya 27.7%-i istehlak kreditlərinin, 2 mlrd. 571.5 mln. manatı və ya 14.4%-i isə ipoteka kreditlərinin payına düşür. Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Qeyd edək ki, ötən ilin 30 aprel tarixinə olan göstəricilərlə müqayisədə bankların kredit portfelinin həcmi 22.1% artıb. O cümlədən, biznes kreditləri, istehlak kreditləri və ipoteka kreditləri portfelində də artım var. Bu artımlar müvafiq olaraq 18.9%, 30.8% və 19.8% təşkil edib.