Gözləyin...

Banklar depozit və əmanətlər üzrə illik faiz dərəcəsini azaldıblar

Bank xəbərləri 10 January 2023

Bu barədə Banker.az bankların rəsmi saytına istinadən xəbər verir.

AccessBank  müddətli depozitin  maksimal illik faiz dərəcəsini 11%-dən  10%-ə endirib. Depozitin  minimal ilkin  məbləği 50 manat, müddəti isə 6 aydan 24 ayadəkdir.

Bank BTB  müddətli depozitin maksimal illik faiz dərəcəsini 11%-dən 10%-ə maksimal müddətini isə 36 aydan 24 ayadək endirib.    Qeyd edəki ki,  müddətli  depozitin minimal ilkin məbləği 100 manat, müddəti isə 6 aydan 24 ayadəkdir. 

Proqressiv əmanətində isə   maksimal illik faiz dərəcəsi 11%-dən 10.5%-ə endirilib,  əmanətin minimal vəsait qoyuluşu 100 manat, müddət isə 12 ayadəkdir.

ExpressBankda “Əlavə Fürsət” əmanətinin  maksimal illik faiz dərəcəsi   9%-dən 8%-ə endirilib. Əmanətin minimal məbləği 500 manat, müddət isə 12 aydan 24 ayadəkdir.

Naxçıvan Bankda müddətli depozitin illik faiz dərəcəsi 5%-dən 4%-ə endirilib. Depozitin minimim həddi 500 manat olmaqla , 12 ay müddətinə hesablanır.

Muğanbankda müddətli  əmanətin illik faiz dərəcəsi 11.5%-dən 11%-ə endirilib. Minimal  məbləğ 500 manat, depozitin müddəti isə 3 aydan 24 ayadəkdir.

Rabitə Bankda  Universal əmanətin illik fazi dərəcəsi 10.5%-dən 9.5%-ə endirilib. Depozitə minimal vəsait qoyuluşu 200 manat maksimal müddət isə 36 ayadəkdir.

Unibankda müddətli əmanətlərdə illik faiz dərəcəsi 10.5%-dən 10%-ə  endirilib. Əmanətin ilkin  minimal məbləği 500 manat,  müddət isə 36 ayadəkdir.

VTB Azərbaycanda  “Sərfəli Depozit” in illik faiz dərəcəsi 8%-dən 9%-ə qaldırılıb, Avans əmanətinin  illik faiz dərəcəsi 9.5%-dən 8.5%-ə, Cari yığım Əmanətinin illik faiz dərəcəsi isə 9.5%-dən 7%-ə endirilib. Qeyd edək ki, “Sərfəli depozit”də minimal məbləğ 100 manat,  Avans əmanətində isə 500 manatdir. Depozitlərin maksimal müddəti 36 ayadəkdir.

Bank Məhsulun adıMaksimal illik faiz dərəcəsi                 Əvvəlki faizlər
MuğanBankMüddətli Depozit11%11.5%
UnibankMüddətli Depozit0%10.5%
VTB "Sərfəli Depozit"9%8%
Cari yığım hesabı7.5%9.5%
RabitəBankUniversal əmanəti9.5%10.5%
Naxçıvan Bank Müddətli Əmanət4%5%
AccessBank Müddətli Əmanət10%11%
Bank BTBMüddətli Əmanət10.25% - 24 ay11% -36 ayadək
Proqressiv Əmanəti9%10%
ExpressBank"Əlavə   fürsət"8%9%