Gözləyin...

Banklardan “Black Friday” endirimləri - Siyahı

Məqalələr 22 November 2023

“Black Friday” – “Qara Cümə” ildə bir dəfə noyabr ayının son həftəsinin cümə gününə təsadüf edən, bütün xidmətlər üzrə endirim kampaniyalarının 3 gün ərzində davam etdiyi bir dövrdür. “Black Friday” zamanı bir çox sektorda müxtəlif məhsullara endirim tətbiq edilir. Hətta bu gün banklar da təqdim etdikləri xidmətlərə endirimlər təklif edir.

Banker.az bu dəfə “Black Friday” günü Azərbaycanda hansı banklarda endirimlərin olmasını araşdırıb.

ABB

TamKart taksit kartları ilə aşağıdakı linkə daxil olaraq 70%-dək endirimlərdən və 27 ayadək faizsiz taksit kampaniyalarından yararlana bilərsiniz.

https://abb-bank.az/az/kesbek/black-friday

Üstəlik Faydalı Keşbek paketlərindən də 10%-dək keşbek qazanacaqsınız:

  • 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir.
  • Keşbek balansı 10 AZN dən çox olduğu halda köçürmə etmək mümkündür.
  • Ay ərzində qazanıla bilən maksimum faydalı keşbek 100 AZN-dir.
  • Köçürmə limiti minimum 1 AZN olmaqla, aylıq maksimum 100 AZN-dir.
  • Faydalı keşbek balansından aylıq ödəniş limiti 50 AZN, köçürmə limiti isə 100 AZN-dir.

Bank Respublika

Neokart ilə   22- 26 noyabr tarixlərində Türkiyə geyim saytlarında ödənişlərini NeoKart Visa və NeoKart Mastercard ilə edən müştərilər 10% Keşbek qazanacaq.Kampaniyanın özəllikləri:

  • Müştəri NeoKart ilə nağdsız ödəniş etməlidir.
  • Kampaniya müddəti ərzində NeoKart müştəriləri Türkiyə geyim saytlarında ödəniş zamanı 10% keşbek qazanacaqlar.
  • Kampaniya müddəti ərzində müştərilər qeyd olunan kateqoriyalar üzrə ödəniş edərkən maksimal 50 AZN keşbek məbləği qazana biləcəklər.
  • Digər kateqoriyalar üzrə ödəniş zamanı NeoKart müştəriləri əvvəlki qaydada 2% keşbek qazanacaqlar.
  • NeoKart müştərilərin ay ərzində qazana biləcək maksimal keşbek məbləği 300 AZN təşkil edəcək.    
  •                                                                                                                                                                                                  

Bank of Baku

“Black Friday” kampaniyası çərçivəsində  Trenyol-da Bolkart kredit kartı ilə alış veriş edəndə 10%, Bolkart debet kartı ilə isə alış veriş edəndə 7% keşbek hesablanır. Kampaniya 22-26 noyabr tarixlərində keçərlidir.

Bank of Baku”da hazırda davam edən fürsətlərdən biri də 0 % KOMİSSİYA ilə nağd pul kreditidir. Müştərilər bankdan 50.000 AZN-dək nağd pul kreditini 0 % komissiya ilə, yəni KOMİSSİYASIZ əldə edə bilərlər. Üstəlik, nağd pul kreditini, 

  • ZAMİNSİZ,
  • 3 AY GÜZƏŞT,
  • və 5 %-dək ENDİRİM ilə almaq mümkündür.

Kapital Bank

 13-30 noyabr tarixlərində Birbank partnyorlarında "Black Friday" endirimlərindən yararlana bilərsiniz.

 https://birbank.az/campaigns/campaign-55?id=144

Bundan əlavə kart noyabr ayı üçün aşağıdakı kəşbek kateqoriyalarını təklif edir. 

  • Əlavə keşbek” kateqoriyaları üçün aylıq limit 50 AZN-dir. Kateqoriya üzrə limitə çatdıqdan sonra ödənişlərinizə kartın standart tarifinə uyğun keşbek hesablanacaq. Cashback üzrə aylıq qazanılacaq biləcək maksimal məbləğ – 500 AZN-dir

Rabitə Bank 

22-24 noyabr tarixləri arasında həyata keçiriləcək kampaniya çərçivəsində 11.5%-lə nağd pul kreditini əldə edən hər kəs üçün komissiyaya 50% endirim şamil ediləcək. Onlayn sifariş üçün: https://rbt.az/krdtk

Yelobank

 Yelo Bank-ın cəmi 9.9% ilə kredit kampaniyası ilin sonuna kimi davam edəcək. 50 000 AZN-dək nağd pul kreditini elə indi zaminsiz şəkildə əldə etmək mümkündür. Kreditin maksimal müddəti 59 ay, komissiya isə cəmi 0.5%-dir. Onlayn sifariş üçün:bit.ly/onlnkrdt  

Turan Bank 

“Black Friday” kampaniyası çərçivəsində indi 1 illik Black Edition kartını 5000 AZN/USD/EUR mədaxil etməklə PULSUZ və ya 70 AZN ödəniş etməklə əldə edə bilərsiniz. Kampaniya 30 noyabr 2023-cü il tarixinədək etibarlıdır.