Gözləyin...

Bankların cari kampaniyaları

Məqalələr 20 June 2023

Banker.az  sizə ölkədə fəaliyyət göstərən bankların cari kampaniyalarını təqdim edir.


ABB- Nağd kredit məbləğini ABB-dən onlayn sifariş edən müştərilər:
• İllik faiz: 11.9%
• Məbləğ: 35 000 manatadək
• Komissiya və siğorta haqqı: 0%
• Müddət: 60 ayadək
• Krediti bir neçə dəqiqədə onlayn və ya bankın sizə ən yaxın filialına yaxınlaşaraq əldə edə bilərsiniz.

Yeni kart sahiblərinə 10% keşbek -ABB-dən VISA-ya məxsus istənilən növ TamKart debet və ya taksit kartı sifariş edən müştərilər, 10 iyul tarixinədək etdikləri ödənişlərdən əlavə 10% keşbek əldə edəcəklər. Həm birdəfəlik həm də taksit ödənişləri üçün keşbek hesablanır.
Kampaniya müddətində TamKart Visa debet və taksit kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar;
• Kampaniya müddətində aktiv taksit və debet kartı olan və ya yenisi ilə əvəz edən müştərilər kampaniyaya aid edilməyəcək;
• Kampaniya müddətində müştəri birdən çox kart sifariş edərsə, keşbeklər ən çox keşbek əldə olunmuş kartın balansına köçürüləcək;
• Qazanılan keşbeklər kampaniya bitdikdən sonra 14 iş günü ərzində müştərilərin hesabına köçürüləcək;
• Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları kampaniya şərtlərinə aid edilməyəcək;
• Ləğv edilmiş ödənişlər kampaniyada nəzərə alınmayacaq;
• Kampaniya müddətində maksimal qazanıla biləcək keşbek məbləği 20 AZN-dir.
Kampaniya 10 iyul tarixinədək qüvvdədir. Onlayn sifariş üçün : https://bit.ly/3INLIyL

“Tərəfdaşlara Anında Dəstək” biznes krediti - Dövriyyəni bank hesabları üzərindən həyata keçirən hər bir fərdi sahibkar və ya hüquqi şəxs “Tərəfdaşlara Anında Dəstək” biznes krediti məhsulunu İnternet Bank platformasından 13% endirimlə və xidmət haqqı olmadan sifariş edə bilər. Bunun üçün Bankın cari müştərisi sadəcə İnternet Bank platformasına daxil olaraq müraciət edə bilər. Yeni müştərilər isə “Müştəri ol” prosesindən keçdikdən sonra məhsulu sifariş edə bilərlər. Banka gəlmədən maksimum 2 gün ərzində sərfəli şərtlərlə kredit əldə etmək artıq çox asandır.
ABB-nin bu təklifi fərdi sahibkarlar üçün bir çox üstünlük yaradır:
• Şərtlər daha əlverişlidir;
• Müraciətlər asanlıqla Banka göndərilir; 
• Sifarişlər operativ şəkildə təhlil edilir;
• Sənədləşmə elektron qaydada aparılır; 
• Rəsmiləşdirmə prosedurları çox sadədir, müştəri minimum sayda sənəd təqdim edir. Kampaniya 18 avqust 2023 tarixinə qədər davam edəcək

AFB – də 0% komissiyalı və illik faiz dərəcəsi 11.99%-dən başlayan kredit imkanını qaçırmayın.Kampaniya 31.08.2023 tarixinədək qüvvdədədir.Ətraflı məlumat: https://afb.az/en/cash-loan

Azər Türk Bankda 30 000 manatadək nağd pul krediti illik min. 12,5%-lə, zaminsiz, 0% komissiya ilə təklif olunur. Kampaniya 25 iyun tarixinədək qüvvədədir. Ətraflı: atb.az/kredit

Həmçinin, Qurban bayramına özəl 19 iyun - 2 iyul tarixlərində marketlərdə Apple Pay və ya Google Pay ilə etdiyiniz ödənişlərdən 7% keşbek qazanmaq imkanı əldə edə bilərsiniz. Kampaniya atb kart və yeni nəsil atb əməkhaqqı kartları olanlar üçün keçərlidir

Bank of baku – Yay kampaniyası çərçivəsində 50 000 manatadək nağd krediti illik 11.5%-lə, 59 ayadək müddətdə vvə 0% komissiya ilə əldə edə bilərsiniz. Kampaniya 30 iyunadək qüvvədədir. Onlayn sifariş üçün: bit.ly/3oFRvzD  

Həmçinin, Bank of bakuda tibb işçiləri üçün 50 000 manatadək nağd pul krediti, komissiyasız və 2% endirimlə təklif edilir. Onlayn sifariş üçün: bit.ly/3WZ6r8I

Kapital Bank  - Nağd kreditdə kampaniya.Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti:- illik 10.9%-dən, filialdan rəsmiləşdirmə edən müştərilər isə 11.9% -lə əldə edə biləcək. Kreditin maksimal məbləği – 30 000 AZN; maksimal müddəti – 59 aydır, Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası – 0%. 
Ətraflı məlumat: https://kbl.az/kbyst
Lotoreya Kampaniyası - Kapital Bank müştəriləri kart hesablarını MilliÖN ilə artıraraq lotereyaya qatılıb, avtomobil və ya digər dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.Belə ki, müştərilər MilliÖN terminalı ilə Kapital Bank kartının balansını artırdıqda hər 10 AZN balans artımına görə lotereyada bir iştirak şansı qazanacaqlar (məsələn, 100 AZN = 10 şans).Qaliblər lotereya bitdikdən sonra təsadüfi üsulla seçiləcək;- Bir müştəri hər kartı üzrə 1 dəfə olmaqla bir neçə dəfə qalib ola bilər. Hədiyyələr: Toyota Corolla - 1 ədəd, iPhone 14 Pro - 5 ədəd, iPad (10th Generation) - 10 ədəd.Lotereya 15 may - 30 iyun (hər iki tarix daxil) tarixlərində keçərlidir.

Bank Respublika – “Qayğısız yay” nağd kredit kampaniyası Kampaniyası çərçivəsində müştərilər nağd kreditləri illik min.12%-lə əldə etmək imkanı qazanacaq və kredit banka gəlmədən birbaşa ünvanlarına çatdırılacaq.
Kampaniyanın digər üstünlüklər: Maksimal məbləğ –50.000 AZN; Müddət – 48 ayadək;Güzəşt müddəti – 3 ay; Krediti onlayn sifariş edərkən komissiyada 50% endirim;Zamin – tələb olunmur; Sığorta xərci – yoxdur.Kampaniya 1 iyul tarixinədək qüvvədədir. Onlayn sifariş üçün: https://rb.gy/zximrn


Expressbankda 40 000 manatadək nağd pul krediti illik min.11,5% ilə təklif olunur. Kampaniya 30 iyunadək qüvvədədir.Onlayn sifariş: bit.ly/3XmI44C

Rabitəbank -12.06.2023-31.07.2023 tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində iyun ayında ad günü olan müştərilərimizə 1 illik xidmət haqqı pulsuz olmaqla Kartmane Debet kartı hədiyyə ediləcək.
Həmçinin, komissiyasız, illik cəmi 12%-dən başlayan sərfəli şərtlərlə 30 000 AZN-dək nağd pul kreditini 48 ayadək əldə edə bilərsiniz. Onlayn sifariş üçün:rbt.az/krdtk


Unibank – Ucardla Trendyoldan 100 manatdan çox alış-veriş edən müştərilərə məbləği 6 aya FAİZSİZ hissə-hissə ödəmək şansı verilir. Bunun üçün sadəcə alış-verişdən sonra SMS-lə gələn təklifi cavablandırmaq lazımdır. Kampaniya 2 iyun - 2 sentyabr tarixlərində qüvvədədir. Ətraflı:https://unibank.az/az/menus/294/sms_taksit


TuranBank - “Yayın sərin kampaniyası” çərçivəsində 50 000 AZN-dək nağd pul kreditini illik 12%-lə, 48 ayadək əldə edə bilərsiniz, zaminsiz məbləğ 35 000 manatadəkdir. Kampaniya 01.07.2023 tarixinədək etibarlıdır. Onlayn sifariş üçün: https://tnb.az/fb-ysk


Yelobank – Nağd pul kreditində kampaniya çərçivəsində 40 000 AZN-dək nağd pul kreditini illik 11.7%-lə, 59 ayadək əldə edə bilərsiniz, komissiya 0 - 3.5 %. Onlayn sifariş üçün: https://bit.ly/ylkdnhtf


 VTB - Nağd pul kreditində kampaniya çərçivəsində 40 000 AZN-dək nağd pul kreditini illik 10.9%-lə, zaminsiz , komissiyasız əldə edə bilərsiniz.31.08.2023-dək etibarlıdır.Onlayn sifariş üçün:https://bit.ly/3Iq5pep