Gözləyin...

Bankların kəşbek kateqoriyaları -Fevral 2024

Məqalələr 1 February 2024

Banker.az fevral ayı üçün bankların keşbek kateqoriyalarını təqdim edir.  

ABB Tamkart – “Faydalı keşbek” üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Keşbek balansı 10 AZN dən çox olduğu halda köçürmə etmək mümkündür. Faydalı keşbek paketi aktivləşdirildiyi təqdirdə, istənilən TamKart kartı üçün standart 1-1.5% keşbek hesablanması dayandırılıb, əvəzində 6 kateqoriyada yüksək faizli keşbek hesablanacaqdır.


 

Kapital Bank Birbank Cashback Debet - Keşbek kateqoriyaları üzrə aylıq limit 100 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit 500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Keşbek kateqoriyaları hər ay yenilənir.

Leobank Mükəmməl qara kart –  Hər ayın birindən etibarən 6 keşbek kateqoriyası təqdim olunur və onlardan sizə uyğun ikisini seçib və seçdiyiniz kateqoriyalar üzrə keşbek əldə edə bilərsiniz, keşbek həmən dəqiqə keşbek balansına köçürülür. Hər ay maksimum 50 manat keşbek yığa bilərsiniz. Keşbek kateqoriyaları hər ay yenilənir.

Rabitəbank Kartmane - Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN təyin edilir. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

Yelobank Yelo Light Debet - Ümumi əldə edə biləcəyiniz keşbek 200 AZN edir. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN təşkil edir.  Ödəniş daxil olduqdan sonra 3-5 iş günü ərzində keşbek balansında əks olunur. Standart olaraq keşbek 0.5%-dir.

Bank of Baku Bolkart - Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% keşbek əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbek hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.

Azər Türk Bank atb Card - Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir.

 

 

Bankların iş saatları 27 March 2024