Gözləyin...

Bankların "Kobrend" kartları - ARAŞDIRMA

Məqalələr 2 August 2023

Kobrend kartlar banklar tərəfindən öz partnyor şirkətləri ilə birgə buraxılan kartlardır. Kobrendli kartlar kart sahiblərinə bonuslar təklif edir, o cümlədən mağazada əlavə alış-veriş üçün istifadə edə biləcəkləri xallar, mallara endirimlər və ya hava yolu şirkəti olduqda, səyahət zamanı geri ala biləcəkləri tez-tez uçuş milləri qazanırlar. Mil kartlar kobrend kartların ənn geniş yayılmış növüdür, lakin məqaləmizdə Mil kartlar istisna olmaqla digər kobrend kartlarla tanış olacağıq.
 

Banker.az  bankların  təklif etdiyi Kobrend kartları araşdırıb.
 

ABB - “Azercell Co-Brand”.  
• Pulsuzdur - 4 illik xidmət müddəti olan kartı həm AZN, həm də USD və EUR valyutasında pulsuz əldə edə bilərsiniz.
• Qalığa faiz illik 7% - Azercell Co-Brand kartlarında qalığa hesablanmış faiz məbləği bonus ekvivalentində kartın bonus balansına ayın sonunda köçürüləcəkdir (1 AZN=67 bonus).
• Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuzdur.  Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.
• “QayğıCash” proqramı üzrə Bankın tərəfdaşı olan ticarət və xidmət məkanlarında xərclədiyiniz vəsaitin 20%-ə qədər hissəsi kart hesabınıza qayıdacaq.
• Fayda - kartınızla POS-terminallarda və ya ABB mobile ilə müxtəlif əməliyyatlar üzrə ödənişlər edin. Ödənişlərinizdən Fayda-lar toplayın. Topladığınız faydaları müxtəlif hədiyyələrə dəyişin.
• Kart sahibləri nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, onları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilər.  İstədiyiniz danışıq dəqiqələri və ya internet paketini seçərək açar sözünü 2937-ə göndərə bilərsiniz. “Azercell Co-Brand” kartı üzrə toplanmış balları öyrənmək üçün “Balans” açar sözünü 2937-ə göndərməlisiniz.


Toplanmış ballara uyğun danışıq dəqiqələri və ya internet paketləri barədə isə aşağıdakı cədvəldə göstərilib. Azercell bonusların istifadə müddəti – 24 aydır.
 


 Kapital Bank - “Birbank Umico”  
 
• Kapital Bank və Umiconun birgə təqdim etdiyi, gündəlik alış-verişlərdən keşbek qazandıran unikal debet kartdır. Umico Keşbek – Alış-veriş məbləğinin bir hissəsinin Umico və Birbank mobil tətbiqlərindəki bonus hesabına qaytarılmasıdır. Bonuslar real pul ekvivalentindədir və Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər. Umico və Kapital Bank-dan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm Birbank Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməyiniz kifayətdir.
• Kart 3 il müddətinə təqdim olunur. Kartın qiyməti 10 AZN, Umico Premium debet kartı isə 50 AZN-dir. Kartın ünvana çatdırılması pulsuzdur.
• Kartın əsas üstünlüyü kəşbek bonusları ilə bağlıdır.Kartın statusundan aslı olaraq bonuslar  fərqlənir. Belə ki,  Umico partnyorları üzrə  l.4% , qeyri-umico partnyorları üzrə 1.4% kəşbek hesablanır. Qeyd edək ki, Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir. Bu limitdən yuxarı bonuslar hesablanmır və növbəti ay üçün də nəzərə alınmır.
• Umico Premium kartında Umico partnyorları üzrə 1,4% + Umico partnyor bonus kəşbeki,  qeyri- umico partnyorlar üzrə 1.4% kəşbek hesablanır. Ölkəxarici  e-kommersiya  əməliyyatları üzrə 1.15% kəşbek hesablanır.
• Umico və Kapital Bankdan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm Birbank Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməlisiniz.
• Dövlət ödənişləri  (məhkəmə, cərimə, zəmanət, vergi), poçt, maliyyə qurumları, nəqliyyat ödənişlərində kəşbek hesablanmır.
• Nağdlaşdırma və köçürmə Kapital Bankın öz ATM-lərində 0%,  ölkədaxili digər bankların kartlarına köçürmə zamanı 0%, nağdlaşdırma  zamanı isə 0.5% (min.1 AZN) komissiya tətbiq olunur. > Narmin: • Umico Market-də alış-veriş zamanı kartın təqdim etdiyi üstünlüklər bunlardır: Endirim və xüsusi təkliflər barədə öncədən məlumatlandırma, alış-veriş üzrə şəxsi Umico məsləhətçisi - yüksək cashback təklif olunan mağazaları tövsiyyə edir, eyni zamanda Umico market-də axtardığınız məhsulun tapılması və sifarişinə dəstək olur, mastercard airport experiences və lounge key xidmətləri,  hava limanlarında 900-dən çox lounge zallarına limitsiz daxil olmaq imkanı, SPA salonlarında xüsusi təkliflər əldə etmək imkanı, hava limanlarında kafe və restoranlarda xüsusi endirimlər əldə etmək imkanı, Duty Free alış-verişləri zamanı endirimlər əldə etmək imkanı.
• Alış-verişlərinizi maksimum sərfəli etmək və vəsaitlərinizin rahat idarə olunmasını təmin etmək üçün Umico mobil tətbiqini yükləyərək, yığılmış cashback məbləğinizi Umico tətbiqində/Tarixçə bölməsində izləyə bilərsiniz. 
 
 Paşa Bank - “akart”.  
• “akart" rəqəmsal kartdır. Yalnız Azercell nömrəsi olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub və tamamilə ödənişsizdir. 3 il müddətinə verilir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. 
• “akart” ı elektron ödənişlərdə, e-ticarət ödənişlərdə, kommunal və digər ödənişlərdə istifadə edə bilərsiniz. Həmçinin, “Supermarket, Aptek, YDM və Avtoehtiyat hissələri” üzrə 5%, digər kateqoriyalarda isə 1% keşbek qazanmaq imkanı  əldə edə bilərsiniz.
• “akart” vasitəsilə Azercell Kabinetim tətbiqi üzəridən kommunal ödənişlər (Azərsu, Azəriqaz, Azərişıq əhali, Azərişıq qeyri-əhali, AzərİstilikTəchizat) zamanı 2% keşbek qazanmaq mümkündür. Gün ərzində adıçəkilən ödənişlər üzrə gün ərzində maksimum 5 əməliyyat həyata keçirməklə keşbek qazanmaq olar. Həmçinin bu tip ödənişlər də “Digər” kateqoriyasına daxildir. Bir dəfəyə qazanılan bilən maksimum keşbek məbləği 10 AZN, kateqoriya üzrə maksimum aylıq məbləğ isə 25 AZN təşkil edir. Əldə edilən məbləğ “aylıq maksimum 100 AZN keşbek qazanmaq limiti”nə daxildir və ümumi keşbek platformasının qaydaları bu kateqoriyaya da şamil edilir. Kampaniya 31.08.2023 tarixinədək aktivdir.
• Nağdlaşdırma NFC dəstəkləyən cihazlar və ATM-lərlə mümkündür.  Köçürmə əməliyyatı zamanı heç bir komissiya tutulmur. Köçürmədə gündəlik limit 3000 AZN təşkil edir.
• "akart" ilə "Apple Pay" və yaxud "Google Pay"də qeydiyyatdan keçib ödənişlər edərək bol keşbek qazanmaq fürsəti mövcuddur. "akart"ı aktiv etmək üçün "Kabinetim" tətbiqinin son versiyasını yükləyərək əsas səhifədə "İndi əldə et" düyməsini sıxmaq kifayətdir.
 

Bank Respublika – “Wolt Kart”
 • Kart 3 illikdir, pulsuz təqdim olunur.
 • Wolt kart sahibləri Wolt tətbiqində: - Wolt-credit kimi 5 % cashback (Restoranlarda olan sifariş) əldə edəcəklər ki, bu da sonrakı sifarişlərdə endirim kimi istifadə oluna bilər. Digər ödənişlər Wolt tətbiqinə mədaxil olunur. Qazanılmış Wolt-credit məbləğinin istifadə müddəti 60 gün təşkil edir. (Apple Pay və G-Pay ilə aparılan ödənişlərə şamil olunmur).

• Cash back hesablanması şamil olunmayan əməliyyatlar aşağıdakılardır:  Kartlararası köçürmələr, kredit/ipoteka ödənişi, kommunal ödənişlər, mobil operatorlar üzrə ödənişlər, APUS platformasında ödənişlər, internet və TV provayderlər üzrə ödənişlər , mərc oyunları.
 • Nağdlaşdırma və köçürmə : “Bank Respublika” ASC-yə məxsus ATM və POS-terminal şəbəkəsində aylıq 1000 AZN limit çərçivəsində nağdlaşdırma pulsuzdur. Bundan yuxarı məbləğdə nağdlaşdırma standart tariflər ilə tənzimlənir. Azərbaycanda digər bankın ATM-lərindən- 1.5% min. - 3 AZN komissiya.