Gözləyin...

Bankların SMS xəbərdarlıq xidmətlərinin qiymətləri -Siyahı

Bank xəbərləri 11 January 2023

SMS banking mobil bankçılıq formasıdır. Bu, bəzi banklar və ya digər maliyyə institutları tərəfindən SMS mesajlaşmadan istifadə edərək müştərilərin mobil telefonlarına mesajlar (həmçinin bildirişlər və ya xəbərdarlıqlar) göndərmək üçün istifadə edilən vasitə və ya müştərilərə SMS vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən xidmətdir.


Xidmət bir neçə yolla aktivləşdirilə bilər : bankın qaynar xəttinə zəng etməklə, bankomat vasitəsilə və bankın filialına yaxınlaşmaqla. Bəzi banklarda bunu aktivləşdirmək üçün xidmət haqqı ödəməlisiniz. Bəzi hallarda, banklar bu bildirişləri müştərinin müraciəti olmadan, kartı əldə etdiyi andan etibarən aktivləşdirir. Adətən, əməkhaqqı kartlarında bu funksiyanı bank özü əvvəlcədən aktiv edir və ya bu növ kartlar üçün heç bir xidmət haqqı tutmur.

Banker.az  bankların SMS məlumatlandırma xidmətinin tariflərini araşdırıb.

*ABB Tamkart debet kartları üçün SMS bildiriş xidməti pulsuzdur.
*Yelo Premium debet kartlarında SMS bildiriş xidməti pulsuzdur.
*Bank of Bakuda xidmət haqqı birdəfəlik ödənilir və kartın müddəti bitənədək qüvvədədir.
*Naxçıvan Bankda xidmət haqqı bir illik ödənilir.
* Yapı Kredi Bank Worldcardda iki növ sms xəbərdarlıq mövcuddur. Worldcard da  iki növ sms bildiriş xidməti mövcuddur. Borc haqda məlumat göndərildiyi zaman aylıq 0.50 AZN , kart vasitəsi ilə edilən bütün əməliyyatların sms xəbərdarlıqı isə aylıq 1 AZN təşkil edir. 

* Bank Respublikada Neokart debet kartları üçün xidmət haqqı pulsuz, digər debet kartlar üçün isə 0.99 AZN təşkil edir. 

Bank                                    Xidmət   haqqı
ABB0.40 AZN
AccessBankpulsuz
AFB0.95 AZN
ASBpulsuz
Azər Türk Bank pulsuz
Bank BTB1.30 AZN
Bank of Baku5 AZN
Bank Respublikapulsuz
ExpressBankpulsuz
Günay Bank0.10 AZN
Kapital Bankpulsuz
MuğanBankpulsuz
Naxçıvan Bank15 AZN
Paşa Bank1 AZN
Premium Bank0.90 AZN 
Rabitəbank1 AZN
Müzakirə qrupuna keçil al