Gözləyin...

Birbank Biznes yeni “Nağd təminatlı qarantiya” məhsulunu təqdim edir

Bank məhsulları 17 January 2024

®Onlayn xidmət növlərini artırmaqda davam edən Birbank Biznes yeni “Nağd təminatlı qarantiya” məhsulunu təqdim edir. Məhsul, qarantiya təminatına ehiyacı olan bütün biznes sahələri və sahibkarlar  üçün nəzərdə tutulub.

“Nağd təminatlı qarantiya”dan istifadə Birbank Biznes mobil tətbiqi üzərindən tamamilə onlayn həyata keçirilir. Bunun üçün mobil tətbiqdən “Örtüklü Qarantiya” müraciəti edilməlidir. Daha sonra cəmi bir iş günü ərzində müraciətə baxılır və qarantiya rəsmiləşdirilir. Məhsul biznes sahiblərinə banka getmədən, vaxt itirmədən daha çevik xidmət almaq imkanı yaradır.

Müraciət üçün: https://my.birbank.business/login

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

–    Biznes bank hesablarının açılması

–    Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr

–    Nağdsız ödənişlər

–    Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

–    POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə   

     olunması

–    Cari və kart hesabından QR-nağdlaşdırma

–    Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması

–    Biznes krediti və bank qarantiyaları

–    Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri

–    Açıq Bankçılıq Xidmətləri

–    Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bankların iş saatları 27 March 2024