Gözləyin...

Bolkart, Kartmane, NeoKart – hansı daha sərfəlidir?

Məqalələr 26 January 2024

Banker.az hazırda ölkədə ən çox istifadə olunan kartlardan 3 kartla bağlı müqayisəni təqdim edir. 

 Bunlar Bank of Bakuya məxsus “Bolkart”, Rabitəbankın “Kartmane” si, Bank Respublikanın “Neokart” kartlarıdır. 

Bolkart -  Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Bolkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  12, 24, 36 ay müddətinə təqdim olunur və 3 növü var: Bolkart Debet, Bolkart Gold və Bolkart Diamond. Qalıq məbləğ 100 – 2000  AZN oduqda  7%,  qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır.  
Kartmane –  Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Kartmane debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00 AZN-dir.  
Neokart -  debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur və 2 növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% . Minimum faiz hesablanacaq məbləğ-0 . Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN. NeoKart Premium- AZN illik 5%. Minimum faiz hesablanacaq məbləğ - 0. Maksimum faiz hesablanacaq məbləğ 20 000 AZN-dir.

 


 

Bankların iş saatları 27 March 2024