Gözləyin...

Ehtiyat “limanı”: Azərbaycanda ən sərfəli müddətli dollar əmanəti hansı bankdadır? (aprel 2023)

Bank xəbərləri 11 April 2023

2023-cü ilin aprelində Azərbaycan Mərkəzi Bankının son mart iclasından sonrakı faiz qərarı ardından ölkə banklarının ABŞ dollarında olan müddətli depozit faizləri açıqlandı.

Banker.az-ın hazırladığı siyahıda 14 bankın ABŞ dollarında olan əmanətin illik 2%-in üzərində qəbul etdiyi məlum olub. Hazırda ABŞ mərkəzi bankı FED uçot faiz dərəcəsini 5.00%-ə qədər yüksəldib. ABŞ dollarının özünün bir ildir ki, illik 6% üzərində inflyasiyası var.

Ölkənin bank sektoru ehtiyat valyuta sayılan dollara illərdir ki, bu depozit faizini tətbiq edirlər.

ABŞ dollarında depozit yerləşdirlərkən əmanətçilər gəlirliliyi deyil, daha çox məzənnə riskindən özünü sığortalamağı əsas götürürlər. Amma əmanətçi üçün faiz gəliri imkanı varsa, niyə də yox!?

Xatırladaq ki, Əmanətlərin Sığortalaması Fondu depozitlərin illik 2.5%-lik gəlirə qədər olanını sığortalayır.


 

Bankların iş saatları 27 March 2024