Gözləyin...

Əmanət əsasında verilən kreditlər hansı şərtlərlə verilir?

Bank xəbərləri 28 December 2022

Əmanət girovlu kreditlər daha az risk daşıdıqları üçün aşağı faiz dərəcələriylə müştərilərə təqdim olunur.Bu kredit məhsulu sizə aşağı faiz dərəcələri, daha yüksək borc limitləri eyni zamanda uzun ödəniş müddətləri təqdim edir. Beləki, kreditin son ödəniş tarixi banka yerləşdirdiyiniz depozitin müddətinin bitiş vaxtı ilə məhdudlaşdırılır. Əmanət təminatlı krediti əldə etmək üçün bank tərəfindən tələb olunan tək sənəd şəxsiyyət vəsiqəsidir. Depozit yerləşdirmiş bank müştəriləri üçün nəzərdə tutulan, kredit müddəti əmanət müddətinin bitiş tarixi ilə məhdudlanmış məhsul vasitəsiylə kredit pul götürmək üçün onlayn sifariş formasını doldurmağınız kifayətdir.

 Banker.az banklarda Əmanət girovu ilə verilən kreditləri araşdırıb. 

ABB-də Əmanətin 70%-dək, əmanətin valyutasında 50 000-dək məbləğdə, depozitin faiz dərəcəsi + 5% illik faiz dərəcəsi ilə, 0.5% komissiya ilə əmanətçi nağd krediti təklif olunur. Kreditin müddəti depozit müddətinin sonunadəkdir (5 ildən yuxarı olmamaq şərti ilə).

 AFB-də Əmanət girovu ilə kredit maksimum əmanət məbləğinin 90%-i məbləğində, illik faiz dərəcəsi əmanətin faiz dərəcəsinin 3% əlavə edilməklə, maksimal müddət isə 36 ay, komissiya 0%-dir. 

Azər Türk Bankda Əmanət qarşılığında kreditin maksimum məbləği əmanət məbləğinin 90%-dən az, illik faiz dərəcəsi: əmanətin faizi + 3%, komissiya xərcləri isə nağd kredit – 1%, kredit xətti – 0%-dir.

 Bank Respublikada maksimum 100 000 AZN - depozit məbləğinin 70 %-nə qədər, illik faiz dərəcəsi əmanətin faiz dərəcəsinin 5% əlavə edilməklə, 0-1% komissiya ilə kredit əldə edə bilərsiniz. 

Günay Bank –da əmanət məbləğinin 90%-dək məbləğdə, depozit faizi +3% /+5% illik faiz dərəcəsi ilə, 0,5% komissiya ilə depozit təminatlı kredit təklif olunur. 

Muğan Bankda əmanət məbləğinin 80%-i qədər məbləğdə, illik faiz dərəcəsi əmanətin illik faizi+6%, 1% komissiya ilə kredit təklif olunur. 

Xalq Bankda əmanət məbləğinin 90%-dək maksimal məbləğdə, əmanət faizi +2% və ya +4% illik faiz dərəcəsi ilə , 0.2% (min. 20 AZN, maks. 1000 AZN) komissiya ilə kredit əldə edə bilərsiniz. 

Kapital Bankda əmanət məbləğinin 80%-dək maksimal məbləğdə, əmanət faizi +5% illik faiz dərəcəsi ilə , 1% komissiya ilə kredit əldə edə bilərsiniz. 

Yapı Kredi Bankda əmanət məbləğinin 80%-dək maksimal məbləğdə, əmanət faizi +5% illik faiz dərəcəsi ilə , 1% komissiya ilə kredit əldə edə bilərsiniz.

 YeloBank əmanət məbləğinin 90%-dək maksimal məbləğdə, əmanət faizi +3% illik faiz dərəcəsi ilə , 0% komissiya ilə kredit əldə edə bilərsiniz.