Gözləyin...

Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu

Bank xəbərləri 2 March 2023

Muğanbank əməkhaqqı kart sahiblərinə ölkənin bütün bankomatlarından heç bir xidmət haqqı olmadan 500 AZN-ə qədər vəsait çıxarmaq imkanı verən yeni “ALL ATM” layihəsinə start verilmişdir.

Belə ki, adıçəkilən layihə Bankın əməkhaqqı kart sahiblərinin öz vəsaitlərini ölkənin istənilən bankomatından komissiyasız və rahat əldə etməsini təmin etmək üçün nəzərdə tutulmuşdur.
 

Qeyd etmək istərdik ki, nağdlaşdırılan vəsait aylıq 500 AZN limit məbləğini keçdikdə, komissiya yalnız 500 AZN-dən yuxarı olan məbləğə görə hesablanacaqdır. Məsələn, müştəri 600 AZN məxaric etdikdə, vəsaitin 100 AZN məbləği üçün standart tariflərə uyğun olaraq mövcud tarifə uyğun tətbiq ediləcəkdir.

Həmçinin, Muğanbankın əməkhaqqı kartlarında qalıq vəsaitə görə illik 5% gəlir əldə etmək mümkündür.

Müştərilər “ALL ATM” layihəsi haqqında ətraflı məlumatı 933 Məlumat mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.