Gözləyin...

Ən sərfəli "keşbek" kartları - Siyahı

Məqalələr 14 July 2023

Bankların müştərilərə təklif etdiyi faydalı xidmətlərdən biri də “keşbek”dir (nağdsız ödənişlərdən müştəriyə qayıdan bonus). Keşbeklər müxtəlif kateqoriyalarda – market, kafe-restoran, geyim, yanacaqdoldurma məntəqələri, gözəllik mərkəzləri, səhiyyə, kino, və başqa xidmətlərdə aparılan əməliyyatlardan ödənilir.

Banker.az debet kartlarının kəşbək faizlərinə görə  hansının istifadə üçün daha sərfəli olmasını araşdırıb.

ABB – Tamkart 
- Tamkart Standart - pulsuz, Gold – 50 AZN, Platinum – 100 AZN, Premium – 300 AZN 
- Depozit faizi – 7% (Tamkart Standart / Tamkart Gold 200 AZN-dən maksimum 2500 AZN-dək hissəyə, Tamkart Platinum/ Tamkart Premium 1000 AZN-dən maksimum 5000 AZN-dək hissəsinə hesablanır).
- Keşbek - bütün nağdsız əməliyyatlarda Standart və Gold kartlarda 1%, Platinum və Premium 1.5% kəşbək verilir. Eyni kartla ay ərzində qazanılan maksimal keşbek məbləği 300 AZN-dir.
- Nağdlaşdırma və köçürmə - tamkart standart / tamkart gold- ölkədaxili bütün ATM-lərdə 7 000 AZN-dək, tamkart platinum 1000 AZN-dən 5000 AZN-dək, tamkart premium 15000 AZN-dək pulsuzdur.

Paşa Bank – Akart 
- Pulsuzdur
- Keşbek - market 5%, aptek 5%, yanacaqdoldurma məntəqələri və avtoehtiyat hissələri üzrə 5%, digər kateqoriyalarda isə 1 % keşbek qazanmaq olur. Kəşbık üçün kateqoriya seçimi, minimal dövriyyə tələbi və keşbekin köçməsi üçün əlavə müddətə ehtiyac yoxdur, keşbek 1 qəpik olsa da, karta köçürmə imkanı var.
-Nağdlaşdırma və köçürmə NFC dəstəkləyən bankomatlarda 0% təşkil edir.

Azər Türk Bank – ATB Card
-Pulsuzdur
-Depozit qalığı – 5.5% (faiz hesablanan maksimal məbləğ 35 000 AZN-dir).
-Keşbek – yanacaqdoldurma məntəqələri 1%, elektronika 2%, restoran 2%, geyim 15%, market 0.5%, təhsil 3%, səhiyyə 1% və bütün nağdsız əməliyyatlarda 1% keşbek təqdim olunur.
-Nağdlaşdırma və köçürmə - Azər Türk bankın ATM-də pulsuz, ölkədaxili digər bank ATM-lərində 1000 AZN-dək pulsuz, 1000 AZN-dən yuxarı 1.5%


Yelobank – Yelo Light 
-Yelo Light – 1 illik - 10 AZN, 3 illik -15 AZN , Yelo Premium 3 illik -300 AZN , 3000 AZN ilkin mədaxillə pulsuz
- Depozit faizi - 4%, premium - 6% ( faiz hesablanan maksimal məbləğ 100.000 AZN-dir).
- Keşbek - yanacaqdoldurma məntəqələri 4-5%, market 2%, geyim 4-5%, kafe-restoran 4-5% və hər ödənişdə 0.5% təşkil edir.
- Nağdlaşdırma və köçürmə - bankın öz ATM-də 0% , Azəricard şəbəkəsində olan bankların ATM-də 1.5% (min.2 AZN), Azəricard şəbəkəsi xaricində olan digər bankların ATM-də 2% (min.3 AZN)


Leobank -Mükəmməl qara kart
-Pulsuzdur
-Depozit faizi – 5% (faiz hesablanan minimal məbləğ 10 AZN-dir).
-Keşbek - ümumi 12 keşbek kateqoriyası mövcuddur. Hər ayın ilk günü təqdim olunan 6 kateqoriyadan ən uyğun 2-ni seçə bilərsiniz və bu kateqoriyalara aid bütün nağdsız ödənişlər zamanı dərhal keşbek balansınıza vəsait köçürüləcək. Keşbek balansınız 10 manata çatdıqda, həmin vəsaiti əsas balansınıza köçürə bilərsiniz.
-Nağdlaşdırma və köçürmə - unibank-ın ATM-də – pulsuz (ayda 2000 AZN-ə qədər, yuxarı isə – 0.5%), digər bankların bankomatlarında – 0.5% (min 1 AZN).

Kapital Bank – Birbank Cashback
-Pulsuzdur.
-Depozit qalığı – 6% ( faiz hesablanan minimal məbləğ 500 AZN-dir).
-Keşbek - Birbank Cashback kartı ilə günlük ödənişlərinizdən 1.5% keşbek qazanacaqsınız.
- Nağdlaşdırma və köçürmə - ölkədaxili bütün banklarda 5000 AZN-dək pulsuz, limiti keçdikdə 0.5% (min.1 AZN) .


Bank Respublika – Neokart 
-Kartın qiyməti -20 AZN , Premium – 80 AZN-dir.
-Depozit qalığı – 3%, premium 5%-dir (faiz hesablanan maksimum məbləğ 20 000 AZN-dir).
-Keşbek - hər yerdə 2%, partnyorlarda isə 55%-ə qədər hesablanır.
- Nağdlaşdırma və köçürmə - bankın öz ATM-lərdə 20 000 AZN-dək nağdlaşdırma pulsuz, kartlararası köçürmələr bankın müvafiq tarifləri ilə tənzimlənir.

Bank of Baku – Bolkart
-Kart pulsuzdur.
- Depozit faizi – 5% ( kartdakı qalığın minimum 100 AZN hissəsinə hesablanır).
-Keşbek - dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% kəşbək əldə edə bilərsiniz.
-Nağdlaşdırma və köçürmə - nağdlaşdırma: bankın öz ATM-də pulsuz, digər ölkədaxili banklarda 1.5% (min. 1.5 AZN), köçürmə: 0%

Rabitə Bank – Kartmane 
-Kartmane Standart - 10 AZN , Premium – 199 AZN, min. 15 000 AZN ilkin mədaxillə pulsuz
-Depozit faizi – 4-6%
- Keşbek - 5 kateqoriya təqdim olunur . Keşbek 1/ YDM & Restoranlar YDM-də 10% - aylıq minimum 1000 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda , YDM 5% keşbek aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, restoranlar 5% - aylıq min 800 AZN dövriyyə edildiyi halda təqdim edilir. Keşbek 2/ Bütün ödənişlər - maksimal aylıq keşbek məbləği 200 AZN. YDM 1%, sığorta 1.5%, notarius 1.5%, kino - 10%, kitab – 5%, digər ödənişlər – 2%, ictimai nəqliyyat və qatar ödənişlərinə minimum dövriyyə tələbi olmadan 5% keşbek hesablanır (MCC kodlar: 4011,4111,4112,4784,4131, keşbek məbləğ maks 20 AZN), bərbər, gözəllik salonları, Spa ödənişlərinə minimum dövriyyə tələbi olmadan 5% keşbek hesablanır (keşbek məbləğ maks 20 AZN). Keşbek 3 / Marketlər & Restoranlar - maksimal aylıq keşbek məbləği 50 AZN. Market 2%- aylıq min 300 AZN dövriyyə edildiyi halda, market 5% - aylıq min 600 AZN dövriyyə edildiyi halda, market və restoranlar 5% - aylıq min 800 AZN dövriyyə edildiyi halda təqdim olunur.
-Nağdlaşdırma və köçürmə - Rabitə Bankın ATM-dən 0.5% ( min.0.80 qəpik), Digər bankların ATM-dən 1.5% (min. 3 AZN).12:19

XalqBank – Xalq Petrol
-Kartın qiyməti 15 AZN, 300 AZN ilkin mədaxillə pulsuzdur.
- Depozit faizi 8%-dir ( faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ 3000 AZN-dir).
-Keşbek - toplanan bonuslar ölkə üzrə mövcud bütün Azpetrol yanacaqdoldurma məntəqələrində istifadə oluna bilər. Toplanmış 1 OİL bonusu 1 AZN ekvivalentinə bərabərdir. Bonusların pula çevrilməsi mümkün deyil. Toplanmış bonuslar kartın istifadə müddətinin bitmə tarixinədək istifadə oluna bilər. OİL bonusların minimal aylıq sayı: 5 OİL, maksimal aylıq sayı: 300 OİL
- Nağdlaşdırma və köçürmə - Xalq Bankın ATM-də 1 000 AZN-dək pulsuz, XalqOnline üzərindən ay ərzində 5 000 AZN ekv.dək Card to Card pulsuzdur, daha yuxarı və digər kanallar üzərindən bütün məbləğlər üçün 0.5 %, min. 0.20 AZN təşkil edir.