Gözləyin...

“Finca Azərbaycan”BOKT-un audit hesabatı açıqlanıb

Maliyyə 1 June 2022
“Finca Azərbaycan”BOKT 2021-ci ili 2 mln 611 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ili 673 min manat xalis mənfəətlə başa vurmuşdu. Banker.az xəbər verir ki, 2021-ci ildə “Finca Azərbaycan”-ın aktivləri 36% artaraq 35 mln 872 min manata yüksəlib. Bunun da 29 mln 65 min manatı (81% -i) müştərilərə verilən kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli əvvəlki illə müqayisədə 1.6 dəfə böyüyüb. Ötən il “Finca Azərbaycan”-ın öhdəlikləri 2 dəfə artaraq 24 mln 429 min manata yüksəlib.