Gözləyin...

Google Pay ™ daha bir bankda aktivləşdirildi

Bank xəbərləri 19 September 2022

Google Pay Google hesabınızla əlaqəli rəqəmsal pul kisəsidir. Siz ondan dostlarınızla pul göndərmək və ya tələb etmək üçün istifadə edə bilərsiniz  . Həmçinin tətbiqlərdə və Android telefonu ilə mağaza və ya restoranda istifadə edə bilərsiniz. "Google Pay" 2015-ci ilin sentyabrında ABŞ-da  yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır. 

Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kif yət edəcək.

Bu gündən etibarən Xalq Bankın VİSA kartları üçün  də Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq. Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını Azərbaycanda yeni istifadəyə verilmiş rəqəmsal pul kisəsi Google Wallet™-də saxlaya biləcəklər.

Hazırda Azərbaycanda bu banklarda Google Pay aktivdir:
1.ABB
2.Kapital Bank
3.Bank Respublika
4.Rabitə Bank
5.Unibank

6.Xalq Bank