Gözləyin...

“Günay Sığorta” bir ildə 2 milyon manatdan çox pul itirib – Yığımları kəskin azalıb

Sığorta 25 August 2022

“Günay Sığorta” ASC-nin 2022-ci ilin iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.

Şirkət iyul ayında 4.081 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.183 mln. manat və ya 35% azalma deməkdir.

İyulda şirkət tərəfindən ümumilikdə 2.487 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 378 min manat və ya 18% çox olub.

Bankların iş saatları 27 March 2024