Gözləyin...

Hansı bank tətbiqləri kəşbək seçimi təklif edir?

Məqalələr 16 January 2024

Banklar tərəfindən təklif olunan mobil proqramlar müştərilərə geniş çeşiddə xidmətlər və üstünlüklər təklif etməklə müasir bankçılığın ayrılmaz hissəsinə çevrilib.  Mobil bank tətbiqləri əməliyyat imkanlarından kənara çıxaraq, cashback mükafatlarını istifadəçi təcrübəsinə inteqrasiya edib. Alış-veriş etmək, hesabları ödəmək və ya onlayn alış-veriş etmək üçün proqramdan istifadə etməklə, istifadəçilər öz xərclərinin bir hissəsini cashback şəklində geri qazana bilərlər.  
Qeyd edək ki, Azərbaycanda bir çox banklar aşağıdakı  ödənişlərə kəşbek hesablamır. ATM Cash, POS Cash,  Card to Card ,Kredit ödənişləri, Nəqliyyat (hava nəqliyyatı istisna), Rabitə, Mobil operator ödənişləri, Mərc oyunları, Dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər),  Kuryer və karqo xidmətləri, Vergi ödənişləri, İstiqraz, Cərimə ödənişləri, Məhkəmə xərcləri (aliment) üzrə ödənişlər dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. 
Banker.az mobil tətbiq vasitəsilə  edilən ödənişlərə kəşbek  hesablayan bankları araşdırıb. 
ABB Mobile -  ilə edilən ödənişlərə 1.5%,  Avtoödənişlərə ( Ödənişin avtomatik seçim etdiyiniz tarix və məbləğdə silinməsidir. Əsas səhifədə ilk öncə şablon yaradılmalı, daha sonra avtoödəmə aktiv edilməlidir) isə 3% kəşbek hesablayır. Eyni zamanda  DYP və BNA cərimələrini ABB Mobile vasitəsilə ödədikdə 1.5% keşbək əldə edə bilərsiniz. Bir əməliyyat üzrə maksimum qazanılacaq faydalı keşbək 30 AZN, minimum 0.01 AZN, aylıq keşbək qazanma limiti isə 100 AZN təşkil edir.

Birbank mobil tətbiqində icra olunan mobil, kommunal, internet, tv, stasionar ödənişlərinə 1%, köçürmə, kredit, sığorta, dyp, təhsil, xeyriyyə, sosial şəbəkə, parking, oyun, bank, elektron pul kisəsi ödənişlərinə isə 0.001% keşbek hesablanır. Keşbek kateqoriyaları üzrə aylıq limit 100 AZN-dir.


 

Bankların iş saatları 27 March 2024