Gözləyin...

Hansı banklar digital kart verir? – Siyahı

Məqalələr 29 February 2024

Digital Card mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan virtual kartdır.Mobil Şöbə əlavəsində aktivləşdirilə bilər. Kartdan həmçinin bankın müştərisi olmayan istifadəçilərdə faydalana bilərlər. 
ABB - Tam DigiCard-ı həm fiziki kart, həm də rəqəmsal formada əldə edə bilərsiniz.Kartın müddəti 5 illikdir. Pulsuzdur. AZN/USD/EUR valyutalarında təqdim olunur. Ölkədaxili NFC dəstəkləyən ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə 7000 AZN-dək pulsuzdur. ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.  Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. TamKartla həyata keçirdiyiniz nağdsız ödəniş qəbzlərini əməliyyatdan sonrakı 24 saat ərzində ABB mobile tətbiqində oxudaraq, bir ay ərzində qazanıla bilən maksimum ikiqat “ƏDV geri al” məbləği 50 AZN-dək ƏDV qazana bilərsiz. "SMS xəbərdarlıq" xidməti 1 AZN (aylıq), “3D Secure" xidmətinə qoşulma pulsuzdur. Tam DigiCard ilə ABB mobile-da “Faydalı keşbek” paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək keşbek qazanacaqsınız; Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. Nağdsız ödənişləri “Apple Pay” və “Google Pay” ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. 
Bank Respublika -  Digital Card (Rəqəmsal Kart)  məhsulu banka gəlmədən birbaşa Mobil Şöbə əlavəsində aktivləşdirilə bilər. Kartdan həmçinin bankın müştərisi olmayan istifadəçilərdə faydalana bilərlər.Kartın müddəti  1 illikdir. Pulsuzdur. AZN/USD  valyutalarında təqdim olunur. Azərbaycanda ilk dəfə olaraq Mobil Şöbə əlavəsi üzərindən müştəri Digital Card üçün kataloqdan istədiyi dizayn skinini təyin edə bilər. Digital Card ilə ödənişləri onlayn olaraq, həmçinin NFC xidməti vasitəsilə POS terminal ilə heyata keçirtmək mümkündür. Onlayn ödənişlər üçün kart məlumatlarını dərhal Mobil Şöbə əlavəsində əldə etmək mümkündür (OTP verifikasiyası ilə). 
Kapital Bank& Bakcell  - "Bakcell" debet kartı onlayn ödənişlər, digər "Bakcell Debet" kartı istifadəçilərinə köçürmələr, müxtəlif ödənişlər və mobil nömrənin balansını artırmaq üçün fiziki və rəqəmsal kartdır. Kartın müddəti 3 ildir. Pulsuzdur. AZN / USD / EUR valyutalarında təqdim olunur.  30%-ə qədər "cashback" (minimum 1,2% cashback); 2 qat EDV Geri Al; Xüsusi Bakcell kampaniyaları: nömrənin balansı artırıldıqda 5 GB-a qədər internet bonusları (bu kartla); Ulduzum Premium – kart sahibləri üçün əlavə üstünlüklər; Pulsuz köçürmə və nağdlaşdırılma. Nağd pulun çıxarılması: Kapital Bank bankomat və ofislərində 4000 AZN-ə qədər - 0%; Limitdən yuxarı: 0,5% Kapital Bank bankomat və ofislər, 1,5% digər bankların bankomatları və ofisləri. C2C (kartdan karta): Kapital Bank kartları və hesablar üçün 0%;Digər bankların kartları üçün 0% 4000 AZN-dək; Limiti keçdikdən sonra Kapital Bank kartları və hesablar üçün 0,5%; Limiti keçdikdən sonra digər bank kartları üçün 1,5%. Cashback - 1.2% (bəzi tacirlərdən başqa bütün nağdsız əməliyyatlar); Cashback limiti - 500 AZN. Nağdsız ödənişləri “Apple Pay” və “Google Pay” ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. Kart yalnız Bakcell abunəçiləri üçün nəzərdə tutulub. 

XalqBank  - Digital Card  XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartın müddəti  1 illikdir. Pulsuzdur. AZN  valyutasında təqdim olunur. Qeyd edək ki, hal hazırda davam edən kampaniya çərçivəsində Digital Card sifariş edən XalqOnline istifadəçiləri kampaniyanın sonunadək tətbiqdə etdiyi ilk minimum 10 AZN ödənişə 20%, mövcud Digital Card sahibləri isə 10% keşbek qazanacaq. Kampaniyada XalqOnline tətbiqi üzərindən aparılan mobil, kommunal, internet və digər ödənişlər iştirak edir. (köçürmə, maliyyə, dövlət ödənişləri istisnadır). Kampaniyada qazanıla biləcək maksimal keşbek məbləği 10 AZN-dir. Təklif 17 martadək qüvvədədir. Nağdsız ödənişləri “Apple Pay” və “Google Pay” ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. 


Paşa Bank & Azercell –“akart”  rəqəmsal kartı həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. “akart”  ın istifadə müddəti 3 il təşkil edir. Pulsuzdur. Nağdsız ödənişləri “Apple Pay” və “Google Pay” ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. Supermarket, Aptek, YDM və Avtoehtiyat hissələri üzrə  2% keşbek qazanmaq mümkündür. Nağdaşdırma Partnyor ATM-lərdə (Paşa və Kapital) – 1% minimum 1 AZN, Qeyri-partnyor şəbəkələrdə – 2% minimum 2 AZN (+ qarşı tərəfin komissiyası əgər varsa). Kart yalnız Azercell abunəçiləri üçün nəzərdə tutulub.



 

Bankların iş saatları 27 March 2024