Gözləyin...

Hansı Miles kartlar daha sərfəlidir ? – Cədvəl

Bank məhsulları 20 June 2022

“Miles” kartlar aviasiya sahəsində  müəyyən imtiyazlar qazandıran  bank məhsuludur. Bu kartlar vasitəsi ilə apardığınız əməliyyatların qarşılığında toplanan ballara uyğun olaraq  aviabiletlər üzrə güzəştlər qazanmaq mümkündür. Bu kartlar müştərilərinə təkcə aviabiletlər üzrə güzəştlər təklif etmir, eyni zamanda onlara müxtəlif xidmətlərdən yararlanmaq imkanı da verir.

Azərbaycanda hazırda Kapital Bank BirKart Miles” kartını, Unibank “Unimiles” kartını, PAŞA Bank  “Turkish Airlines Miles&Smiles” kartlarını, Premium Bank  “AZAL Miles”, Bank of Baku  “Bolkart Diamond”, Azərbaycan Beynəlxalq Bankı “ ABB Miles” Debet  kartlarını təklif edir. 

Bəs bu millər nədir? Nağdsız əməliyyatlar zamanı xərclənilən pulun bir hissəsi mil olaraq balansa geri qayıdır. Qeyd edək ki, bu, kommunal ödənişlər, mobil operator ödənişləri, hökümət ödənişləri, vergi ödənişləri, kredit/ipoteka ödənişləri, kart transferi və bu kimi əməliyyatlar üçün keçərli deyil.

Eyni zamanda banklar bu kartlardan ilk istifadə zamanı yeni Xoşgəldin Mili (hədiyyə millər ) verirlər. Bu millərin hesablanması üçün bankların qoyduğu müddətdə və məbləğdə nağdsız əməliyyatlar həyata keçirmək lazımdır. Millərin sayı kartın statusundan asılı olaraq dəyişir.

Banker.az  sərfəli Mil kartlar təklif edən bankları araşdırıb.