Gözləyin...

Hesabdakı qalığa faiz verən bank kartları – Siyahı

Məqalələr 11 April 2023

Bank məhsulları arasında əsas üstünlüklərdən biri kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir çox  banklar tərəfindən təqdim edilir. Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir.

Banker.az  kartdakı qalığa  faiz gələn bankları araşdırıb.

ABB.  TamKart Debet kart sahibləri kartdakı vəsaitlərinə illik 7%-dək gəlir əldə edirlər.  Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür.

AccessBank.  Məbləğindən asılı olmayaraq debet kart hesabında olan müsbət qalıq məbləğə əlavə gəlir. Kartın növündən asılı olaraq hesablanan faizlər 3%- 5% ola bilər.

Azər Türk Bank. AZN valyutada olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir. Maksimum faiz hesablanacaq məbləğ 35 000 AZN-dir.

Bank of Baku.  Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5%  dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. 

Bank Republika.  NeoKart Debet kartlarında  qalıq üzrə illik faiz   illik 3%-5% hesablanır. Maksimum faiz hesablanacaq məbləğ isə  NeoKart Standart kartlarda 10 000 AZN,  Neokart Premium kartlarda isə 20 000 AZN-dir.

Expressbank.  Debet qalığına illik gəlir faizi yalnız AZN valyutalı kartlara aiddir.  İllik faiz gəliri Expresso kartının növündən asılı olaraq 3%-5% dəyişir.

Kapital Bank.  AZN valyutalı Birbank Cashback debet kartlarında minimal 500 AZN və yuxarı şəxsi vəsait qalığı olduğu halda qalığa illik 6% dəyərində depozit gəliri aylıq keşbek bonus balansına köçürüləcəkdir.

MuğanBank. Mastercard Standard kartlarında qalığa illik gəlir faizi 5% hesablanır. Yalnız fiziki şəxslərə və AZN valyutalı şəxslərə aid edilir. 

Rabitəbank. Kartmane kartlarında hesabda olan 100 AZN –dən yuxarı məbləğlərə əmanətlərdə olduğu kimi faiz hesablanır. Kartmane debet kartlarında vəsait qalığına hesablanan faiz dərəcəsi illik 4%-6% -dəkdir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum 10 000 AZN-dir. 

TuranBank. Universal Kartda balansda olan minimum 300 AZN, maksimum 100 000 AZN məbləğə faiz hesablanır. Qalıq məbləğinə 6% təşkil edir. 

Unibank. Leokart – Qalıq üzrə faiz 5% illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür. 

XalqBank. XalqKart Cashback və XalqKart Petrol kartlarında hesabdakı qalığa 8% hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 3000 AZN-dir. Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. 

Yelobank. Yelo Light kartlarında AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4%, Yelo Premium kartında isə AZN valyutasında olan 100 000 AZN-dək qalıq məbləğə illik 6% hesablanır.