Gözləyin...

Kredit götürmək üçün nə qədər iş stajı olmalıdır?

Məqalələr 13 April 2023

Kredit verərkən banklar həmişə borcalan kimi sizin krediti vaxtında qaytara biləcəyinizi təmin etmək istəyir. Xüsusilə ilk dəfə kredit götürən insanlar üçün ilkin mərhələdə bir çox cavabsız suallar var. Bunlardan da biri kredit götürən şəxslərin müəyyən qədər iş stajı tələbinin qoyulmasıdır. Bu müddət banklardan asılı olaraq 6-12 ay arasında dəyişir. Bəzi hallarda, bankın əməkdaşlıq etdiyi şirkətin işçiləri üçün daha güzəştli şərtlər təklif olunur. Yəni əmək haqqı kartınızın məxsus olduğu bankdan kredit götürərkən bu müddət daha az (məsələn, 3 ay) ola bilər. Bundan əlavə isə indi işlədiyiniz yer əvvəlkindən fərqli olarsa, son iş yerində də müəyyən müddət işləməyiniz lazımdır. Digər şərt isə bir işdən çıxıb digər işə başladığınız müddət arasında fasilə ya olmamalıdır, ya da az olmalıdır. Banklardan asılı olaraq bu müddət dəyişə bilər. Bəzi banklar fasiləsiz olmasını tələb etdiyi halda, bəzilərində bu müddət 10-30 gün arasında dəyişir.


 

Bankların iş saatları 27 March 2024