Gözləyin...

Marketlərdə “kəşbek” verən bank kartları hansılardır? – SİYAHI

Məqalələr 29 November 2023

Nağdsız əməliyyatların rahatlığından əlavə, bəzi bank kartları  gündəlik xərcləmələrə qənaət etmək və qazanc əldə etmək üçün xüsusi bonuslar və kəşbek mükafatları təklif edir.

Banker.az marketlərdə  kəşbek verən bank kartlarını araşdırıb. Qeyd edək ki, araşdırma yalnız sadə debet kartlarını əhatə edir. 

ABB TamKart* -  Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir.Keşbek balansı 10 AZN dən çox olduğu halda köçürmə etmək mümkündür. Faydalı keşbek paketi aktivləşdirildiyi təqdirdə, istənilən TamKart kartı üçün standart 1-1.5% keşbek hesablanması dayandırılıb, əvəzində 6 kateqoriyada yüksək faizli keşbek hesablanacaqdır. Faydalı keşbek üzrə kateqoriya seçimi aylıq yenilənir.

Bank of Baku Bolkart* - Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% keşbek əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbek hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.

Kapital Bank Birbank Cashback* - Keşbek kateqoriyaları üzrə aylıq limit 50 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit  500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Keşbek kateqoriyaları hər ay yenilənir.

Bank Respublika  Neokart* - Keşbek üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız keşbek komponentinə aiddir. Keşbek balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək keşbek məbləğinə dəyişmək mümkündür.

Paşa Bank akart* - Kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün supermarketlərdə 5% keşbek hesablanır. Keşbek üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir.

Leobank* - Hər ayın birindən etibarən 6 keşbek kateqoriyası təqdim olunur və onlardan sizə uyğun ikisini seçib və seçdiyiniz kateqoriyalar üzrə keşbek əldə edə bilərsiniz, keşbek həmən dəqiqə keşbek balansına köçürülür. Hər ay maksimum 50 manat keşbek yığa bilərsiniz. Keşbek kateqoriyaları hər ay yenilənir.

Yelobank Yelo Light* - Ümumi əldə edə biləcəyiniz keşbek 200 AZN edir. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN təşkil edir.  Ödəniş daxil olduqdan sonra 3-5 iş günü ərzində keşbek balansında əks olunur. Standart olaraq keşbek 0.5%-dir.

Rabitəbank Kartmane* - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1.5% keşbek hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN  təyin edilir. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

AccessBank myCard* - Keşbek üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər. Seçilən kateqoriyada müştəri digər nağdsız alış-veriş əməliyyatlar üzrə də keşbek alır ( 0,5%).  Kəebek üzrə maksimal aylıq məbləğ 50 AZN-dir. Əməliyyatlar üzrə keşbek yalnız əməliyyat üzrə plan müştəri tərəfindən icra edildikdə növbəti ayın 5-i ödənilir.

XalqBank XalqKart Cashback* - Cari ay ərzində hesablanmış keşbeklər həmin ayın sonuncu iş günü müştərinin kart hesabına köçürülür. Aylıq minimal keşbek məbləği 3 AZN, aylıq maksimal keşbek məbləği 300 AZN-dir.