Gözləyin...

“Moody’s” Kapital Bank-ın reytinqini yüksəldib

Bank xəbərləri 10 August 2022

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” (“Moody’s”) Azərbaycanın ən iri  xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC-nin reytinqini yüksəldib.

Banker.az bu barədə reytinq agentliyinin Azərbaycan bankları ilə bağıı verdiyi qiymətləndirməyə istinadən xəbər verir.

Belə ki, “Kapital Bank”ın əsas kredit qiymətləndirilməsini (BCA) b1-dən ba3-ə yüksəldib.

Bankın uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2-yə yüksəldib.

“Moody’s” rəyi verərkən Azərbaycan banklarının kifayət qədər həcmdə xarici valyuta daxilolmalarını təmin edən yüksək neft qiymətləri sayəsində daha güclü iqtisadi aktivlik və sabit valyuta ilə dəstəklənən yaxşılaşan əməliyyat mühitindən faydalanacağını nəzərə alıb.

Bankların iş saatları 27 March 2024