Gözləyin...

Moody’s Xalq Bankın reytinqlərini yüksəltdi

Bank xəbərləri 10 August 2022

®Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Eyni zamanda, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırdı. 

Moody’s ekspertləri Xalq Bankın reytinqindəki müsbət dəyişiklikləri onun dayanıqlığı, aktivlərinin keyfiyyətinin və kredit qabiliyyətinin yaxşılaşdırılması,  möhkəm kapital adekvatlılığı və sistem əhəmiyyətli olması ilə əlaqələndirir.

Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından, 138 Məlumat Mərkəzindən, həmçinin Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.