Gözləyin...

“Muğanbank”dan yeni güzəştli tarif planı

Bank məhsulları 11 September 2023

®“Muğanbank” ASC fərdi sahibkar və hüquqi şəxslər üçün kampaniya təqdim edir.

Kampaniya çərçivəsində bankın yeni müştərisi olan fərdi sahibkar və hüquqi şəxslər güzəştli tarif planından yararlana bilərlər. Yeni kampaniyaya əsasən biznes sahibləri güzəştli şərtlərdən faydalanaraq öz bizneslərini daha da sürətli inkişaf etdirə biləcəklər. Kampaniya üzrə tətbiq edilən güzəştli tariflər Bankda hesab açıldığı gündən 4 ay müddətinədək keçərlidir. 

Bankın yeni biznes müştərilərinə əməkhaqqı kartları, çek kitabçaları (ay ərzində bir dəfə), “Mastercard business” kartı və konvertasiya əməliyyatları pulsuz, ölkədaxili və ölkəxarici köçürmələr isə güzəştli şərtlərlə təqdim ediləcəkdir. Daha ətraflı məlumat və güzəştli tarif cədvəlini https://bit.ly/tarif-plani linkindən əldə edə bilərsiniz. Kampaniya 30 dekabr 2023-cü il tarixinədək etibarlıdır. 

Muğanbank hər zaman olduğu kimi mikro, kiçik, orta və iri sahibkarlığın stimullaşdırılması və onlara dəstək üçün əzmlə çalışır. Bankın digər məhsul və xidmətləri barədə məlumatı Bankın filial və şöbələrindən, https://muganbank.az rəsmi internet səhifəsindən və ya 933 Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial səhifələrindən əldə edə bilərsiniz.