Gözləyin...

“Optimal Finance” BOKT zərərdən mənfəətə keçdi

Digər 7 September 2022

Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2022-ci ilin yanvar-iyun aylarını 220 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə isə BOKT 31 min manat zərər etmişdir.

Banker.az bu barədə BOKT-un yarım illik hesabatına istinadən xəbər verir.

31.07.2022-ci il tarixinə “Optimal Finance” BOKT-un cəmi aktivləri 1 milyon 555 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə artım deməkdir. BOKT-un kredit portfeli 2 milyon 405 min manat təşkil edib. 2021-ci ilin eyni aylarında BOKT-un kredit portfeli 2 milyon 133 min manat olub.

Bu ilin 1-ci yarısında BOKT-un cəmi öhdəlikləri 2 milyon 739 min manat, cəmi kapitalı isə 1 milyon manat təşkil edib.

Xatırladaq ki, “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalının 70%-i “AzFinance İnvestisiya Şirkəti” ASC-yə, 15%-i Ələsgərli Elçin Əhəd oğluna, 9%-i Eynullayev Fərid Rüstəm oğluna, 6%-i İbrahimov Yusif Zakir oğluna məxsusdur.