Gözləyin...

“Revolut” Azərbaycana gəlir

Maliyyə 16 June 2022
Britaniyanın bank xidmətləri təklif edən maliyyə texnologiya (fintech) şirkəti “Revolut” Azərbaycana gəlir. Bu barədə Banker.az şirkətin rəsmi səhifəsinə istinadən xəbər verir. Şirkət tezliklə Azərbaycanda olacağına dair paylaşım edib. “Əlavə rüsumlara qənaət edən 18 milyon üzərində insana qoşulun. Üstəlik, “Revolut” müştəriləri arasında köçürmələr pulsuzdur!”- deyə, Azərbaycanla bağlı paylaşımında bildirir. Baş ofisi Londonda yerləşir, 2015-ci ildə Nikolay Storonski və Vlad Yatsenko tərəfindən yaradılıb. O, valyuta mübadiləsi, debet kartları, virtual kartlar, “Apple Pay”, faizli “kassalar”, komissiyasız birja ticarəti, kriptovalyuta, əmtəə və digər xidmətlər təqdim edir. “Revoult” 2020-ci ildə 222.1 milyon funt sterlinq gəlir əldə etsə də investisiya xərcləri səbəbindən 206 milyon funt sterlinq zərər etmişdi. Şirkətin hazırda xidmət şəbəkəsi Amerika, Avropa və Yaponiyadadır.