Gözləyin...

Son ayda rubl 9 manata yaxın bahalaşdı

Maliyyə 25 May 2022
Mayın 25-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 5.1% artaraq 0.0307 manat təşkil edib. (1000 rubl = 30.7 manat) Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir. 2022-ci ilin mayın 24-də rublun məzənnəsi 0.0292 manat olub. (1000 rubl = 29.2 manat) Ötən ayın eyni dövründə isə rublun məzənnəsi 0.0220 manat təşkil edib ki, bu da son 1 ayda rublun 8 manat 70 qəpik bahalaşmasıdı. Onu da qeyd edək ki, sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da yüksək (0.0301 manat) müəyyən olunub.