Gözləyin...

Supermarketlərdə alış- veriş zamanı hansı banklar daha çox kəşbək verir?

Bank xəbərləri 10 August 2022

Cashback, müştərilərin alış-veriş zamanı xərclədikləri pulun faizinin geri qayıtmasıdır.

Müxtəlif kateqoriyalardan olan məhsul və xidmətlərə görə kəşbek almaq mümkündür. Kəşbekin məbləği isə bankın əməkdaşlıq etdiyi mağazadan asılı olaraq dəyişir. Partnyor magazalardan isə daha çox kəşbək faizi əldə etmək olar.  Bu o demək deyil ki, yalnız bankın partnyor mağazalarından alış-veriş etmək lazımdır. Bəzi kartlarla istənilən mağazada alış-veriş edərkən də kəşbəklər qazana bilərsiniz. Lakin bu zaman faizlər daha az olur. 

Banker.az  market və supermarketlərdə  alış- veriş zamanı verilən kəşbek  faizlərini araşdırıb. 

ABB-də  TamKart üzrə ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı minimum 2% keşbək, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı 1% keşbək əldə edə bilərsiniz. Partnyor mağazaların siyahısı:https://tamkart.az/index.php/page/partners

*Qeyd: Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı kəşbək hesablanmır. 

Azər Türk bankda partnyor mağazaların siyahısı: https://atb.az/cb/

Bank Respublikada partnyor mağazaların siyahısı: https://www.bankrespublika.az/az/bonus-patners

Rabitə Bankda KEŞBEK 2 ("Bütün ödənişlər") kateqoriyasından   bütün ödənişlərə  minimum dövriyyə tələbi olmadan 2% cashback hesablanır. 

KEŞBEK 3 ("Marketlər & Restoranlar") kateqoriyasından Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market  şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market  başqa yerlərdə olmalıdır.

Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.

Market 5% və Restoranlar 5 % - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cash back.

800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.Partnyor mağazaların siyahısı https://www.rabitabank.com/ferdi/terefdaslar

*Qeyd: Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə Cashback hesablanmır.

Kapital Bankda partnyor mağazaların siyahısı:  https://birbank.az/partners

Unibankda 5% keşbek qazanılacaq ticarət və xidmət kateqoriyaları: Dünyanın bütün marketlerində və onlayn marketlərdə - 5%; (Bunun üçün Unibankın Mastercard/Visa kartlarını Apple Pay / NFC / Garmin Pay-ə əlavə edib, smartfon və ya smart cihazlarla istənilən marketdə minimum 10 AZN dəyərində ödəniş etmək lazımdır. Belə ödənişlər üzrə bir dəfəyə maksimum 10 AZN, ay arzində maksimum 20 AZN keşbek qazanıla bilər);  Partnyor mağazaların siyahısı: https://unibank.az/cards/goto?language=az&name=cashback

Yelobankda partnyor mağazaların siyahısı: https://www.yelo.az/az/individuals/cashback