Gözləyin...

TamKart, Birbank, Leobank – Hansı kart daha sərfəlidir?

Məqalələr 25 January 2024

Banker.az  hazırda ölkədə  ən çox istifadə olunan kartlardan 3 kartla bağlı müqayisəni təqdim edir.  
Bunlar ABB-nin təqdim etdiyi TamKart Visa Classic debet kartı, Kapital Bankın təqdim etdiyi Birbank Cashback, Unibankın təqdim etdiyi Leobank kartlarıdır. 

TamKart Visa Classic debet kartı:  - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır.  Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7%  hesablanaraq ayın sonu  balansa köçürülür.  
Birbank Cashback:  - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur. Minimal 500 AZN ekv. bərabər və yuxarı qalıq olduqda  6 % hesablanacaq.  
Leokart:  – 5 il müddətinə pulsuz təqdim olunur. Qalıq üzrə 6%-dək illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür.


 

Bankların iş saatları 27 March 2024