Gözləyin...

“TamKart” la “Azərsu” ödənişlərinə 13% kəşbek

Bank xəbərləri 27 February 2024

ABB “su şərşənbəsi” adlı kampaniya çərçivəsində TamKart məhsulları ilə ABB Mobile tətbiqi daxilində edilən “Azərsu” ödənişləri üçün 10% kəşbek təklif edir.

 Bu barədə Banker.az bankın rəsmi səhifəsinə istinad edir.

 Həmçinin TamKart müştəriləri daha çox kəşbek üçün avtoödəniş təyin edərək 3% əlavə keşbek qazana bilərlər. 

Kampaniya 3 gün, yəni 27, 28 və 29 fevral tarixlərində davam edəcək. Yalnız TamKart məhsulları ilə (Tam DigiCard, TamEco, TamGənc) ödənişlərə şamil olunur.

Qeyd edək ki, Kampaniya periodunda bir müştərinin qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir; kampaniya müddətində qazanılan keşbeklər müştərilərin faydalı keşbek balansına köçürüləcək;  ləğv edilmiş ödənişlər kampaniyada nəzərə alınmayacaq.

Bankların iş saatları 27 March 2024