Gözləyin...

TuranBank manatda yerləşdirilən müddətli əmanətin faizlərini yüksəldib

Bank məhsulları 31 January 2023

TuranBank manatda olan “Sirlər Xəzinəsi Əmanəti”nin faizlərini yüksəldib.

Banker.az bu barədə banka istinadən xəbər verir.

Qeyd edək ki, bu əmanət bankda 0 – 500 000 AZN standart və ONLINE əmanət olmaqla 2 fərqli faiz dərəcələri ilə təklif olunur.

12-18 aylıq manat əmanəti (0 – 500 000 AZN standart) üçün aylıq hesablanan faiz 9.5%-dən 10%-ə, müddətin sonunda hesablanan isə 10%-dən 10.5%-ə yüksəldilib. Analoji müddətdəki manatda olan ONLINE əmanətdə isə aylıq faizlər 10%-dən 10.5%-ə, müddətin sonunda 10.5%-dən 11%-ə qədər artırılıb.

Qeyd edək ki, TuranBankda manat əmanətini 6-36 ay müddətində yerləşdirmək mümkündür.