Gözləyin...

“Unibank KB” ASC 22 yanvar 2023-cü il tarixindən etibarən milli və xarici valyutada depozit faizlərini endirib.

Bank məhsulları 22 January 2024

Bankların məhsul kataloqu olan kredit.banker.az platformasının məlumatlarına əsasən, manatda 36 və 18 aylıq müddətli depozitlərin faizlərini endirib. 

Bank qeyd edilən tarixə qədər müddətli depozitləri manatda 18  ay üçün 9.5%-dən 9%-ə, 24 ay üçün 10%-dən 9%-ə endirib.  Bank 2023-cü ilin oktyabrında 10.5% illik gəlir təklif edirdi. Hazırda illik 9%-lə təklif edilir. Kommersiya bankı həftənin cümə günü müştərilərinə bildiriş kimi saytında qeyd edir ki, həmin tarixdən etibarən 36 aylıq manat və ABŞ dollarında müddətli depozit növü üzrə qəbul dayandırılacaq.

 Qeyd edək ki, “Unibank KB” ASC-nin 1 yanvar 2024-cü il tarixinə olan (özü tərəfindən tərtib edilmiş) maliyyə hesabatına görə, bankın öhdəliklərində 1 mlrd. 215.89 mln. manatlıq depozit var. Bunların 518.42 mln. manatı tələbli və 697.47 mln. manatı müddətlidir.

Bankların iş saatları 27 March 2024