Unibank nağd pul kreditinin şərtində dəyişiklik edib
Bank məhsulları
3 October 2022

Unibank nağd pul kreditinin
şərtində dəyişiklik edib. Belə ki, nağd
pul kreditini götürmək üçün son iş yerində staj tələbi 3 aydan 6 aya qədər qaldırılıb.
Banker.az
bu barədə bankın rəsmi saytına istinadən xəbər verir.
Qeyd edək ki, Unibankda
nağd pul krediti 300 manatdan 30 000
manatadək məbləğdə, 16%-dən başlayan
illik faiz dərəcəsi ilə təklif olunur. Kreditin
maksimal müddəti 5 ilədəkdir.