Unibankda nağd pul kreditinin məbləği 30 000 manata qədər qaldırıldı
Bank məhsulları
9 August 2022

Unibank nağd pul kreditinin maksimal məbləğini 20 000 manatdan 30 000 manata qədər qaldırıb.
Bu barədə Banker.azın monitorinq qrupu xəbər verir.
Maksimum kredit müddəti 60 aya qədər olan Unibankda nağd pul krediti götürmək üçün 16%-dən başlayan illik faiz dərəcəsi təklif olunur.
Qeyd edək ki, kreditin minimal məbləği 300 manat, kredit proseduruna komissiya: 1%, 3%, 5% (min. 20 AZN)-dir